İlahi cəza millətin üzərinə düşmək üzrədir. Döyüşçülərin siyahıya alınması hələ tamamlanmamış, onların sayı artıq vəba ilə azalmışdır. Sanki Allah Davuda deyirdi: «Bu milləti üç gün ərzində qurmaq və ya dağıtmaq mənim imtiyazımdır, hansını ki, sənin saymağın təxminən on ay çəkdi.»
Davudun qarşısına qoyulan çətin seçimlərə cavabı gözəldir: «İndi RƏBBİN əlinə düşək; çünki Onun mərhəmətləri böyükdür...» (ayə 14). O, Allahın qəlbini tanıyır və intizam altında olsa belə, ilahi sevgiyə olan inamı sarsılmazdır. Bu inam heç vaxt boşa çıxmayacaq. Bir daha, insanın günahı Allahın mərhəmətinin və bağışlayıcılığının möhtəşəm qaynaqlarını göstərmək üçün bir fürsətdir. «Yetər», O deyir, qəlbimizdə gözlədiyi meyvə yetişəndə.
Bir qurban təqdim olunur və padşahın satın aldığı Yebuslu Araunanın xırmanı, indi görəcəyimiz kimi, məbədin yeri olacaq.
Davud RƏBBƏ ona heç nəyə başa gəlməyən yandırma qurbanları təqdim etməyəcək (ayə 24). İncillərdə Məryəmin qurbanını düşünün; o da ən yüksək hörmət bəslədiyi Kəsə çox bahalı bir məlhəm gətirmək istəyirdi (Yəhya 12:3).