10 yan 2023
Gündəlik İşıq, 11 yanvar: Bizim üçünsə bir Allah – Ata var
Gündəlik İşıq
Ey Allah, Səni Sionda həmdlər gözləyir.
Zəbur 65:1
Bizim üçünsə bir Allah – Ata var. Hər şey Ondan gəlir, biz də Onun üçün yaşayırıq. Həmçinin bizim bir Sahibimiz var, O da Rəbb İsa Məsihdir. Hər şey Onun vasitəsilə yaranır, biz də Onun vasitəsilə yaşayırıq.
1 Kori̇nfli̇lərə 8:6
Hər kəs Ataya hörmət etdiyi kimi Oğula da hörmət etsin. Oğula hörmət etməyən Onu göndərən Ataya da hörmət etmir.
Yəhya 5:23
Onda İsa vasitəsilə həmişə Allaha həmd qurbanını, yəni Onun adını iqrar edənlərin dilinin bəhrəsi olan sözləri təqdim edək.
İbrani̇lərə 13:15
Kim ki şükür qurbanı təqdim edir, Məni şərəfləndirir. Doğru yol tutan şəxsə Allahın xilasını göstərəcəyəm.
Zəbur 50:23
Bundan sonra mən gördüm ki, hər millətdən, hər tayfadan, hər xalqdan və hər dildən olan, heç kəsin saya bilməyəcəyi böyük bir kütlə taxtın və Quzunun önündə dayanıb. Onlar ağ xalat geyinib, əllərində xurma budaqları tutublar. Uca səslə nida edirdilər: «Xilas taxtda oturan Allahımıza və Quzuya məxsusdur!» «Amin! Allahımıza əbədi olaraq Alqış, izzət, hikmət, şükür, şərəf, Qüdrət və qüvvət olsun! Amin!»
Vəhy 7:9–10, 12
Odur həyatını məzara düşməkdən qurtaran.
Zəbur 103:4
Amma onların Satınalanı güclüdür, Onun adı Ordular Rəbbidir.
Yeremya 50:34
Mən onları ölülər diyarının Əlindən satın alacağam, Onları ölümdən xilas edəcəyəm. Ey ölüm, bəlaların hanı? Ey ölülər diyarı, həlakın hanı?
Huşə 13:14
Bu səbəbdən bu övladlar tərkibcə qan və ətdən yarandıqlarına görə İsa Özü də onların insan təbiətinə şərik oldu ki, ölüm üzərində hakimiyyət sahibi olanı, yəni iblisi Öz ölümü vasitəsilə təsirsiz hala gətirsin və ölüm qorxusuna görə ömürləri boyu əsarətdə olanların hamısını azad etsin.
İbrani̇lərə 2:14–15
Oğula iman edən şəxs əbədi həyata malikdir, Oğula itaət etməyənsə həyat görməyəcək, lakin Allahın qəzəbi onun üzərində qalır.
Yəhya 3:36
Çünki siz ölmüsünüz və həyatınız Məsihlə birlikdə Allahda saxlanılıb. Həyatınız olan Məsih zühur edəndə siz də Onunla birgə izzətlə zühur edəcəksiniz.
Kolosseli̇lərə 3:3–4
Bunlar Rəbbin Öz müqəddəsləri arasında izzət qazanmaq və bütün imanlıları heyrətə gətirmək üçün gəldiyi gün baş verəcək.
2 Saloni̇kli̇lərə 1:10
Müqəddəs Yazı seçimləri Gündəlik Yolda Gündəlik İşıqdan (ictimai domen tərtibatı).
Son günlər
Hamısına bax9 yan 2023
Zəbur 60:4 · Yeşaya 59:19
8 yan 2023
Zəbur 9:10 · Süleymanin Məsəlləri̇ 18:10
7 yan 2023
Nehemya 5:19 · Yeremya 2:2
6 yan 2023
Zəbur 90:17 · Yezekel 16:14
5 yan 2023
İbrani̇lərə 4:3 · Yeremya 9:5
4 yan 2023
Qanunun Təkrari 12:9 · Mi̇keya 2:10
