14 yan 2023
Gündəlik İşıq, 15 yanvar: İmanı zəif olanı qəbul edin
Gündəlik İşıq
Mən torpağa düşmüşəm, Öz sözünə görə məni həyata qaytar.
Zəbur 119:25
Beləliklə, Məsihlə birlikdə dirildiyinizə görə ucalardakı şeyləri axtarın. Orada Məsih Allahın sağında oturub. Dünyəvi şeyləri deyil, ucalardakı şeyləri düşünün. Çünki siz ölmüsünüz və həyatınız Məsihlə birlikdə Allahda saxlanılıb.
Kolosseli̇lərə 3:1–3
Bizsə səma vətəndaşlarıyıq və oradan Xilaskar olan Rəbb İsa Məsihi həvəslə gözləyirik. O hər şeyi Özünə tabe etməyə qadir olan qüvvəsinin təsiri ilə bizim yazıq bədənimizi dəyişdirib Öz izzətli bədəninə bənzər hala gətirəcək.
Fi̇li̇pi̇li̇lərə 3:20–21
Çünki cismani təbiət Ruha zidd və Ruh cismani təbiətə zidd olanı arzulayır. Onlar bir-birinə qarşı durur ki, siz istədiyinizi etməyəsiniz.
Qalati̇yalilara 5:17
Ey qardaşlar, biz cismani təbiətimizə borclu deyilik ki, ona görə yaşayaq. Çünki cismani təbiətə görə yaşayırsınızsa, öləcəksiniz, amma bədənin pis əməllərini Ruhun vasitəsilə öldürürsünüzsə, yaşayacaqsınız.
Romalilara 8:12–13
Sevimlilər, sizə yalvarıram, cana qarşı mübarizə aparan cismani ehtiraslardan uzaqlaşın. Çünki siz bu dünyada qərib və gəlməsiniz.
1 Peter 2:11
Lakin hər biriniz Allahın ona verdiyi imanın ölçüsünə görə ağıl-kamalla düşünün.
Romalilara 12:3
İmanı zəif olanı qəbul edin.
Romalilara 14:1
Imanında möhkəm durub Allahı izzətləndirdi.
Romalilara 4:20
Ey imanı az olan adam, nə üçün şübhə etdin?
Matta 14:31
Ey qadın! İmanın böyükdür; sənə istədiyin kimi olsun.
Matta 15:28
Bunu etməyə qadir olduğuma inanırsınızmı? Kor adamlar Ona dedilər: «Bəli, ya Rəbb» ... Sizə imanınıza görə olsun.
Matta 9:28–29
İmanımızı artır!
Luka 17:5
Özünüzü ən müqəddəs olan imanınızın təməli üzərində inkişaf etdirin və Müqəddəs Ruhun idarəsi ilə dua edin.
Yəhuda 1:20
Şükürlərlə dolub-daşaraq Onda kök salıb inkişaf edin və öyrəndiyiniz kimi imanda möhkəmlənin.
Kolosseli̇lərə 2:7
Bizi sizlərlə birlikdə Məsihə möhkəm bağlayan və bizi məsh edən Allahdır.
2 Kori̇nfli̇lərə 1:21
Hər cür lütf verən Allah Özü sizi bərpa edəcək, möhkəmlədəcək, qüvvətləndirəcək və sarsılmaz təmələ oturdacaq.
1 Peter 5:10
Biz imanı güclü olanlar imanı gücsüz olanların zəifliklərinə dözməliyik və yalnız özümüzü razı salmamalıyıq.
Romalilara 15:1
Buna görə də daha bir-birimizi mühakimə etməyək, əksinə, qərara alın ki, heç bir qardaşın önünə onu büdrədən yaxud pis yola çəkən bir şey qoymayasınız.
Romalilara 14:13
Müqəddəs Yazı seçimləri Gündəlik Yolda Gündəlik İşıqdan (ictimai domen tərtibatı).
Son günlər
Hamısına bax13 yan 2023
Yeşaya 26:3 · Zəbur 55:22
12 yan 2023
Yəhuda 25 · 1 Kori̇nfli̇lərə 1:30
11 yan 2023
Zəbur 65:1 · 1 Kori̇nfli̇lərə 8:6
10 yan 2023
1 Saloni̇kli̇lərə 5:23 · Efesli̇lərə 5:25
9 yan 2023
Zəbur 60:4 · Yeşaya 59:19
8 yan 2023
Zəbur 9:10 · Süleymanin Məsəlləri̇ 18:10
