13 yan 2023
Gündəlik İşıq, 14 yanvar: Çünki Ata Məndən üstündür
Gündəlik İşıq
Çünki Ata Məndən üstündür.
Yəhya 14:28
Dua edəndə belə deyin: Göylərdə olan Atamız.
Luka 11:2
Öz Allahımın – sizin Allahınızın yanına qalxıram.
Yəhya 20:17
Mən Atanı sevirəm və Ata Mənə nə əmr etdisə, ona əməl edirəm.
Yəhya 14:31
Sizə söylədiyim sözləri Özümdən söyləmirəm, Məndə olan Ata Öz işlərini görür.
Yəhya 14:10
Ata Oğulu sevir və hər şeyi Onun ixtiyarına verib.
Yəhya 3:35
Sən Ona bütün bəşər üzərində səlahiyyət verdin ki, Ona verdiyin şəxslərin hamısına əbədi həyat versin.
Yəhya 17:2
Atanı bizə göstər, bu bizim üçün kifayətdir». İsa ona dedi: «Xeyli müddətdir ki, Mən sizinləyəm, Məni tanımadınmı, Filip? Məni görən, Atanı görmüş olur. Bəs sən niyə “Atanı bizə göstər” deyirsən? Mənim Atada, Atanın da Məndə olduğuna inanmırsanmı?
Yəhya 14:8–10
Mən və Ata birik.
Yəhya 10:30
Ata Məni sevdiyi kimi Mən də sizi sevdim. Mənim məhəbbətimdə qalın. Əgər əmrlərimə riayət etsəniz, Mənim məhəbbətimdə qalacaqsınız, necə ki Mən Atamın əmrlərinə riayət edərək Onun məhəbbətində qalıram.
Yəhya 15:9–10
Sənin balanla onun övladı arasına Düşmənçilik salıram. Bu övlad sənin başından vuracaq, Sən də onu dabanından sancacaqsan.
Yaradiliş 3:15
Bəli, onun görkəmi çox dəyişmişdi, Zahirən insan surətindən çıxmışdı.
Yeşaya 52:14
Bizim üsyankarlığımıza görə onun bədəni deşildi, Şər əməllərimiz naminə əzildi, Bizim əmin-amanlığımız üçün o cəza aldı, Onun yaraları ilə biz şəfa tapdıq.
Yeşaya 53:5
Amma indi sizin vaxtınızdır, zülmət hökmranlığıdır.
Luka 22:53
Əgər sənə yuxarıdan verilməsəydi, Mənim üzərimdə heç bir səlahiyyətin olmazdı.
Yəhya 19:11
Allahın Oğlu buna görə zühur etdi ki, iblisin əməllərini puça çıxarsın.
1 Yəhya 3:8
Amma cinlərə danışmağa izin vermədi, çünki onlar İsanın Kim olduğunu bilirdilər.
Mark 1:34
Göydə və yer üzündə bütün səlahiyyət Mənə verilmişdir.
Matta 28:18
Mənim adımla cinləri qovacaqlar.
Mark 16:17
Sülh qaynağı olan Allah Şeytanı tezliklə ayaqlarınızın altında əzəcək.
Romalilara 16:20
Müqəddəs Yazı seçimləri Gündəlik Yolda Gündəlik İşıqdan (ictimai domen tərtibatı).
Son günlər
Hamısına bax12 yan 2023
Yəhuda 25 · 1 Kori̇nfli̇lərə 1:30
11 yan 2023
Zəbur 65:1 · 1 Kori̇nfli̇lərə 8:6
10 yan 2023
1 Saloni̇kli̇lərə 5:23 · Efesli̇lərə 5:25
9 yan 2023
Zəbur 60:4 · Yeşaya 59:19
8 yan 2023
Zəbur 9:10 · Süleymanin Məsəlləri̇ 18:10
7 yan 2023
Nehemya 5:19 · Yeremya 2:2
