16 yan 2023
Gündəlik İşıq, 17 yanvar: Ey uşaqlar, axır zamandır
Gündəlik İşıq
Sən sevginlə canımı qəbirdən qurtardın.
Yeşaya 38:17
Allah Öz vahid Oğlunu dünyaya göndərdi ki, biz Onun vasitəsilə yaşayaq. Məhəbbət bizim Allahı sevməyimizlə bağlı deyil, amma bundan ibarətdir: O bizi sevdi və Öz Oğlunu bizim günahlarımıza görə kəffarə qurbanı olaraq göndərdi.
1 Yəhya 4:9–10
Sağ qalan xalqının cəzasını aradan götürən, Üsyankarlığını bağışlayan Sənin kimi Allah varmı? Qəzəbini əbədi saxlamazsan, Çünki məhəbbət göstərməyi xoşlayırsan. Yenə bizə rəhm edib şər əməllərimizi siləcəksən, Bütün günahlarımızı Dənizin dərinliklərinə atacaqsan.
Mi̇keya 7:18–19
Ya Rəbb Allahım, Səni imdada çağırarkən Mənə şəfa verdin. Ya Rəbb, canımı Ölülər diyarından azad etdin, Qəbirə düşməyim deyə Sən mənə həyat verdin.
Zəbur 30:2–3
Daxilimdə canım üzüləndə Rəbbə üz tutdum, Mənim duam Sənə, Sənin müqəddəs məbədinə çatdı.
Yunus 2:7
Rəbbi səbir edərək gözlədim ... O məni çamırlı quyudan, Lilli bataqlıqdan çıxartdı. Ayağımı qaya üzərində bərkitdi.
Zəbur 40:1–2
Indi və bundan sonra baş verəcək hadisələri yaz.
Vəhy 1:19
İndi biz güzgüdəki kimi tutqun görürük.
1 Kori̇nfli̇lərə 13:12
Lakin indi biz hər şeyin ona tabe olduğunu hələ görmürük.
İbrani̇lərə 2:8
Həmçinin bizdə daha əmin olan peyğəmbərlik sözləri var. Onlar qaranlıq yerdə işıq saçan bir çırağa bənzəyir. Səhər açılıb dan ulduzu ürəklərinizdə doğana qədər bu sözlərə diqqət verirsinizsə, yaxşı edirsiniz.
2 Peter 1:19
Sözün addımıma çıraqdır, Yollarıma işıqdır.
Zəbur 119:105
Amma siz, ey sevimlilər, Rəbbimiz İsa Məsihin həvarilərinin əvvəlcədən söylədikləri sözləri xatırlayın. Onlar sizə dedilər: «Axır zamanda öz allahsız ehtiraslarına görə hərəkət edən rişxəndçilər ortaya çıxacaq».
Yəhuda 1:17–18
Ruh aydın şəkildə deyir ki, gələcəkdə bəziləri imandan dönəcək, aldadıcı ruhlara və cinlərin təlimlərinə qulaq asacaqlar.
1 Ti̇moteyə 4:1
Ey uşaqlar, axır zamandır.
1 Yəhya 2:18
Gecə keçdi, gündüz isə yaxınlaşdı; buna görə də qaranlığın əməllərini üzərimizdən ataq və nurun silahlarına bürünək.
Romalilara 13:12
Müqəddəs Yazı seçimləri Gündəlik Yolda Gündəlik İşıqdan (ictimai domen tərtibatı).
Son günlər
Hamısına bax15 yan 2023
Zəbur 119:25 · Kolosseli̇lərə 3:1–3
14 yan 2023
Yəhya 14:28 · Luka 11:2
13 yan 2023
Yeşaya 26:3 · Zəbur 55:22
12 yan 2023
Yəhuda 25 · 1 Kori̇nfli̇lərə 1:30
11 yan 2023
Zəbur 65:1 · 1 Kori̇nfli̇lərə 8:6
10 yan 2023
1 Saloni̇kli̇lərə 5:23 · Efesli̇lərə 5:25
