13 apr 2023
Gündəlik İşıq, 14 aprel: Onlar dilimdə baldan şirindir
Gündəlik İşıq
Sanki yağlı yeməklə canım tox olacaq, Dilim Səni mədh edəcək, ağzım həmd oxuyacaq. Yatanda belə, Səni xatırlayıram, Gecə növbələrində Səni düşünürəm.
Zəbur 63:5–6
Ey Allah, mənim üçün fikirlərinin qiyməti çoxdur, Onların sayı-hesabı yoxdur! Saysaydım onları, qum dənələrindən çox olardı, Oyananda yenə mən Səninləyəm.
Zəbur 139:17–18
Vədlərin damağıma necə də ləzzət verir! Onlar dilimdə baldan şirindir.
Zəbur 119:103
Çünki eşqin şərabdan da yaxşıdır.
Nəğmələr Nəğməsi̇ 1:2
Göylərdə Səndən başqa kimim var? Yer üzündə də Səndən başqa heç nə istəmirəm.
Zəbur 73:25
Bəşər övladlarının ən gözəli sənsən.
Zəbur 45:2
Mənim sevgilim oğlanlar arasındadır, Meşədəki ağaclar arasında alma ağacına oxşayır. Kölgəsində oturmaqdan zövq alıram, Meyvəsinin dadı damağımdan getmir. O məni ziyafət evinə apardı, Sevgisi bayraq kimi üzərimdə dalğalanır.
Nəğmələr Nəğməsi̇ 2:3–4
Görkəmi Livanın dağları kimidir, Nadir sidr ağacları kimidir. Şirindillidir, Təpədən dırnağadək gözəldir. Ey Yerusəlimdəki qızlar, mənim sevgilim budur.
Nəğmələr Nəğməsi̇ 5:15–16
Xilasının sevincini mənə qaytar.
Zəbur 51:12
Əməllərini gördüm, Amma bu xalqa şəfa verəcəyəm. Ona rəhbərlik edəcəyəm, Ona və onun yas tutanlarına təsəlli verəcəyəm.
Yeşaya 57:18
Rəbb deyir: «Gəlin indi birgə düşünək bu an, Günahlarınız qıpqırmızı parça kimi görünsə də, Onlar qar kimi ağ olacaq, Tünd qırmızı rəngə çalsa da, Onlar ağ yun kimi bəyaz olacaq.
Yeşaya 1:18
Geri qayıdın, ey dönük övladlar, Dönüklüyünüzə şəfa verim”. Onlar da deyəcək: “Budur, biz Sənə tərəf gəlirik, Çünki Allahımız Rəbb Sənsən.
Yeremya 3:22
Rəbb Allah nə söyləsə, dinləyirəm. Sözləri xalqına, möminlərinə sülh bəyan edər ki, Onlar öz cəhalətlərinə dönməsinlər.
Zəbur 85:8
Rəbbə alqış et, ey könlüm, Unutma etdiyi yaxşılıqları: Odur bütün təqsirlərini əfv edən, Bütün xəstəliklərinə şəfa verən.
Zəbur 103:2–3
Məni yenə də canlandırır.
Zəbur 23:3
Belə deyəcəksən: «Ya Rəbb, Sənə şükür edəcəyəm! Sən mənə qəzəblənirdin, Lakin qəzəbin söndü, Mənə təsəlli verdin.
Yeşaya 12:1
Özün mənə dayaq ol, qoy mən nicat tapım.
Zəbur 119:117
Mənəm Öz xatirimə görə sənin üsyankarlığını silən, Bəli, Mən günahlarını da yada salmaram.
Yeşaya 43:25
Müqəddəs Yazı seçimləri Gündəlik Yolda Gündəlik İşıqdan (ictimai domen tərtibatı).
Son günlər
Hamısına bax12 apr 2023
Romalilara 8:3 · İbrani̇lərə 10:1–2
11 apr 2023
Süleymanin Məsəlləri̇ 10:19 · Yaqub 1:19
10 apr 2023
Nəğmələr Nəğməsi̇ 1:5 · Zəbur 51:5
9 apr 2023
Yeşaya 43:1 · Yeşaya 54:4–5
8 apr 2023
1 Kori̇nfli̇lərə 1:5 · Romalilara 5:6
7 apr 2023
2 Kori̇nfli̇lərə 6:10 · Romalilara 5:2–3
