14 apr 2023
Gündəlik İşıq, 15 aprel: Amma onların Satınalanı güclüdür
Gündəlik İşıq
Amma onların Satınalanı güclüdür.
Yeremya 50:34
Çünki cinayətlərinizin çox, Günahlarınızın ağır olduğunu bilirəm.
Amos 5:12
Bir cəngavərə kömək etdim.
Zəbur 89:19
Səni qurtaran Rəbb Mənəm. Səni Satınalan, Yaqubun qüdrətli Allahı Mənəm.
Yeşaya 49:26
Qurtarmağa qadir olan.
Yeşaya 63:1
Sizi büdrəməkdən qoruyub Öz izzətli hüzuruna böyük sevinclə nöqsansız çıxarmağa qadir olan.
Yəhuda 1:24
Lakin günah çoxalan yerdə Allahın lütfü daha da çoxaldı.
Romalilara 5:20
Ona iman edən mühakimə olunmur, iman etməyənsə artıq mühakimə olunub, çünki Allahın vahid Oğlunun adına iman etməyib.
Yəhya 3:18
Buna görə O Özü vasitəsilə Allaha yaxınlaşanları tam xilas etməyə qadirdir.
İbrani̇lərə 7:25
Məgər Mənim əlim zəifləyib ki, Xilas etməyə qadir olmasın?
Yeşaya 50:2
Məsihin məhəbbətindən bizi kim ayıra bilər? ... Çünki əminəm ki, nə ölüm, nə həyat, nə mələklər, nə başçılar, nə indiki, nə də gələcək şeylər, nə qüvvələr, nə ucalıq, nə dərinlik, nə də başqa bir məxluq bizi Rəbbimiz Məsih İsada olan Allah məhəbbətindən ayırmağa qadir olmayacaq.
Romalilara 8:35, 38–39
Əgər sən özün üçün çox şey istəyirsənsə, istəmə.
Yeremya 45:5
Mənim boyunduruğumu üzərinizə götürün və Məndən öyrənin. Çünki Mən həlim və qəlbən itaətkaram. Bununla canınıza rahatlıq taparsınız.
Matta 11:29
Məsih İsa necə düşündü, siz də elə düşünün. Allah surətində olduğu halda O Özünü Allaha bərabər tutmağı bir haqq saymadı. Lakin Özünü heç etdi və qul surətinə salıb insanlara oxşar oldu. İnsan şəklini alıb Özünü aşağı tutdu və ölümə qədər – çarmıx üzərində ölümə qədər itaət göstərdi.
Fi̇li̇pi̇li̇lərə 2:5–8
Çarmıxını götürüb ardımca gəlməyən kəs də Mənə layiq deyil.
Matta 10:38
Çünki Məsih də sizin üçün əzab çəkdi və sizə nümunə oldu ki, siz də Onun izi ilə gedəsiniz.
1 Peter 2:21
Əlindəki ilə kifayətlənərək mömin olmaqsa böyük qazanc mənbəyidir. Çünki dünyaya heç bir şey gətirməmişik və oradan heç bir şey də götürə bilmərik. Yeməyimiz və paltarımız varsa, bunlarla kifayətlənirik.
1 Ti̇moteyə 6:6–8
Çünki hansı şəraitdə yaşasam, ondan razı qalmağa alışmışam.
Fi̇li̇pi̇li̇lərə 4:11
Müqəddəs Yazı seçimləri Gündəlik Yolda Gündəlik İşıqdan (ictimai domen tərtibatı).
Son günlər
Hamısına bax13 apr 2023
Süleymanin Məsəlləri̇ 3:9 · 2 Kori̇nfli̇lərə 9:6
12 apr 2023
Romalilara 8:3 · İbrani̇lərə 10:1–2
11 apr 2023
Süleymanin Məsəlləri̇ 10:19 · Yaqub 1:19
10 apr 2023
Nəğmələr Nəğməsi̇ 1:5 · Zəbur 51:5
9 apr 2023
Yeşaya 43:1 · Yeşaya 54:4–5
8 apr 2023
1 Kori̇nfli̇lərə 1:5 · Romalilara 5:6
