Mən təlaşa düşüb demişdim: «Sənin gözlərinin önündən kənara atıldım». Lakin Səni imdada çağıranda Yalvarış səsimi eşitdin.
ZƏBUR 31:22
Gündəlik İşıq

Mən təlaşa düşüb demişdim: «Sənin gözlərinin önündən kənara atıldım». Lakin Səni imdada çağıranda Yalvarış səsimi eşitdin.
ZƏBUR 31:22
Dərin bataqlığa batmaqdayam, Ayaq üstə durmağa yer yoxdur. Dərin sulara qərq olmuşam, Sellər məni aparır.
ZƏBUR 69:2
Sular başımdan aşdı, Dedim: «Ömrüm sona çatdı». Ya Rəbb, ismini O quyunun dibindən səslədim. «Qulağını tıxama, fəryadımı dinlə» deyərkən Səsimi eşitdin. Səni çağıranda yanıma gəldin, Mənə «qorxma» söylədin.
MƏRSİYƏLƏR 3:54-57
«Xudavənd məni əbədilikmi tərk edib? Bir daha məndən razı qalmayacaqmı? Məhəbbəti həmişəlik qurtardımı? Vədi nəsildən-nəslə qədər sona çatdımı? Allah rəhm etməyi unudubmu, Mərhəmətinin yerini qəzəb tutdumu?» Sela Dedim: «Bu mənim üçün bəladır, Haqq-Taala daha gücünü göstərmir». Ya Rəbb, Sənin əməllərini yada salıram, Bəli, xatırlayıram, ta qədimdən xariqələr göstərmisən.
ZƏBUR 77:7-11
Rəbbin xeyirxahlığını dirilər arasında görəcəyəm, Buna şübhəm yoxdur.
ZƏBUR 27:13
Müqəddəs Yazı seçmələri Daily Light on the Daily Path-dan (ictimai mülkiyyət).
15 apr 2023
Jeremiah 50:34
14 apr 2023
Psalms 63:5-6
13 apr 2023
Proverbs 3:9
12 apr 2023
Romans 8:3
11 apr 2023
Proverbs 10:19
10 apr 2023
Song of Solomon 1:5
9 apr 2023
Isaiah 43:1

Səbir
Yusifin zindan təcrübəsi çətinliklər vasitəsilə səbir və Allaha güvənməyi öyrədir. Allahın sınaqlardan imanı…
Allahın Təminatı
Bu ibadət şeiri Allahın günahdan və kədərdən gücə və sülhə qədər hər bir insanın ehtiyacına necə son cavab…
Psixi Sağlamlıq
Bir çox xristian depressiyada olduqda imanlarını şübhə altına alırlar. Bir mömin olaraq depressiya ilə…
Ailə
Ailəniz üçün möhkəm ruhani təməl qurmağı kəşf edin. Bu bələdçi Məsih mərkəzli bir ev üçün üç əsas tikinti…

Səbir
Yusifin zindan təcrübəsi çətinliklər vasitəsilə səbir və Allaha güvənməyi öyrədir. Allahın sınaqlardan imanı…