22 noy 2023
Gündəlik İşıq, 23 noyabr: Sədaqəti qalxanın, sipərin olar
Gündəlik İşıq
Mənə qulaq asanlarsa əmin-amanlıqda yaşayacaq, Rahatlıq tapacaq, pislikdən qorxmayacaq.
Süleymanin Məsəlləri̇ 1:33
Ey Xudavənd, bütün nəsillərdən bəri Bizə pənah yeri olmusan.
Zəbur 90:1
Haqq-Taalanın pənahında yaşayan, Külli-İxtiyarın kölgəsində oturan insan.
Zəbur 91:1
Sədaqəti qalxanın, sipərin olar.
Zəbur 91:4
Çünki siz ölmüsünüz və həyatınız Məsihlə birlikdə Allahda saxlanılıb.
Kolosseli̇lərə 3:3
Sizə toxunan Onun göz bəbəyinə toxunmuş olur.
Zəkəri̇yyə 2:8
Qorxmayın! Durun, Rəbbin bu gün sizi necə xilas edəcəyinə baxın. ... Sakit olun, Rəbb sizin üçün döyüşəcək!
Çixiş 14:13–14
Allah bizə sığınacaqdır, qüvvətdir, Dar gündə çox kömək edir. Buna görə biz qorxmuruq.
Zəbur 46:1–2
Lakin bu anda İsa onlara müraciət edib dedi: «Cəsarətli olun, Mənəm, qorxmayın!»
Matta 14:27
Nə üçün təlaşa düşürsünüz? Nəyə görə ürəklərinizə belə fikirlər gəlir? Əllərimə və ayaqlarıma baxın. Bu – Mən Özüməm! Mənə toxunun və baxın, çünki Məndə olduğunu gördüyünüz kimi ruhun əti və sümüyü olmur.
Luka 24:38–39
Çünki Kimə iman etdiyimi bilirəm və əminəm ki, mənə verdiyi əmanəti qiyamət gününə qədər saxlamağa qadirdir.
2 Ti̇moteyə 1:12
Mənim Padşahlığım bu dünyadan deyil.
Yəhya 18:36
Amma Məsih günahlar üçün yalnız bir qurban təqdim edəndən sonra əbədi olaraq Allahın sağında oturdu. O vaxtdan bəri O, düşmənlərinin Onun ayaqları altına kətil kimi salınmasını gözləyir.
İbrani̇lərə 10:12–13
Bundan sonra Bəşər Oğlunun Qüdrətli Olanın sağında oturduğunu və göyün buludları üzərində gəldiyini görəcəksiniz.
Matta 26:64
Çünki Allah Onun bütün düşmənlərini ayaqlarının altına salanadək O, padşahlıq etməlidir.
1 Kori̇nfli̇lərə 15:25
Rəbbimiz İsa Məsih vasitəsilə bizə qələbə bəxş edən Allaha şükür olsun!
1 Kori̇nfli̇lərə 15:57
Allah bu qüdrətlə Məsihdə elə fəaliyyət göstərdi ki, Onu ölülər arasından dirildib səmada Öz sağında oturtdu və hər başçı, hakim, qüvvə və ağadan, yalnız bu dövrdə deyil, gələcək dövrdə də çəkiləcək hər addan Onu çox yüksəltdi. Hər şeyi Ona tabe edərək ayaqlarının altına qoydu və Onu hər şey üzərində baş olsun deyə imanlılar cəmiyyətinə verdi. Bu cəmiyyət Onun bədənidir və hər şeyi hərtərəfli Bütövləşdirənin bütövlüyüdür.
Efesli̇lərə 1:20–23
Allah Onu Öz vaxtında zahir edəcək. O, bəxtiyarlıq mənbəyi olan tək Hökmdar, şahların Şahı və ağaların Ağasıdır.
1 Ti̇moteyə 6:15
Müqəddəs Yazı seçimləri Gündəlik Yolda Gündəlik İşıqdan (ictimai domen tərtibatı).
Son günlər
Hamısına bax21 noy 2023
Yəhya 6:37 · Çixiş 22:27
20 noy 2023
Mi̇keya 7:8 · Yeşaya 43:2–3
19 noy 2023
Matta 7:20 · 1 Yəhya 3:7
18 noy 2023
Yeşaya 27:8 · İki̇nci̇ Şamuel 24:14
17 noy 2023
Zəbur 92:5 · Kolosseli̇lərə 1:9
16 noy 2023
Yəhya 17:17 · Yəhya 15:3
