23 yan 2024
Gündəlik İşıq, 24 yanvar: Hər cür şərdən uzaq durun
Gündəlik İşıq
Rəbb yaxındır.
Fi̇li̇pi̇li̇lərə 4:5
Rəbb Özü əmrini səsləndirməklə, baş mələyin sədası və Allahın şeypuru ilə göydən enəcək. Əvvəlcə Məsihdə olaraq ölənlər diriləcək. Ondan sonra sağ qalan bizlər Rəbbi havada qarşılamaq üçün onlarla birgə buludlar içində götürülüb-aparılacaq və beləcə daim Rəblə olacağıq. Buna görə bir-birinizə bu sözlərlə təsəlli verin.
1 Saloni̇kli̇lərə 4:16–18
Bunlara şəhadət edən deyir: «Bəli, tezliklə gəlirəm!» Amin. Gəl, ya Rəbb İsa!
Vəhy 22:20
Buna görə, sevimlilər, madam ki bunları gözləyirsiniz, Allahın önündə ləkəsiz və nöqsansız olaraq sülh içində yaşamağa səy göstərin.
2 Peter 3:14
Hər cür şərdən uzaq durun. Qoy sülh qaynağı olan Allahın Özü sizi tamamilə təqdis etsin və Rəbbimiz İsa Məsihin zühurunda ruhunuz, canınız və bədəniniz nöqsansız olaraq qorunsun. Sizi çağıran Allah sadiqdir və bunu edəcək.
1 Saloni̇kli̇lərə 5:22–24
Siz də səbirli və ürəkli olun, çünki Rəbbin zühuru yaxındır.
Yaqub 5:8
Ulağını ən seçmə bir tənəyə bağlayacaq.
Yaradiliş 49:11
Sevgilimin bir üzüm bağı var idi. O, torpağı belləyib daşlardan təmizlədi, Seçmə meynələr əkdi ... Üzümlüyün barını gözlədi, Amma bağ cır üzüm gətirdi.
Yeşaya 5:1–2
Mən səni gözəl meynə, tər-təmiz toxum kimi əkmişdim. Sən necə əleyhimə çıxıb cır, yabanı meynə oldun?
Yeremya 2:21
Cismani təbiətin əməlləri isə bəllidir. Bunlar cinsi əxlaqsızlıq, murdarlıq, pozğunluq, paxıllıq, sərxoşluq, eyş-işrət və buna bənzər şeylərdir. ... Müqəddəs Ruhun səmərəsi isə budur: məhəbbət, sevinc, sülh, səbir, xeyirxahlıq, yaxşılıq, sədaqət, həlimlik, nəfsə hakim olmaq.
Qalati̇yalilara 5:19, 21–23
Mən həqiqi Meynəyəm, Atam da Bağbandır. Məndə olub bəhrə verməyən hər budağı Atam qoparır. Bəhrə verən hər budağı isə budayıb təmizləyir ki, daha çox bəhrə versin. Məndə qalın, Mən də sizdə qalım. ... Sizin çoxlu bəhrə verərək Mənim şagirdlərim olmağınızla Atam izzətlənir.
Yəhya 15:1–2, 4, 8
Müqəddəs Yazı seçimləri Gündəlik Yolda Gündəlik İşıqdan (ictimai domen tərtibatı).
Son günlər
Hamısına bax22 yan 2024
Zəbur 48:14 · Yeşaya 25:1
21 yan 2024
Yəhya 15:2 · Malaki̇ 3:2–3
20 yan 2024
Yeşaya 9:6 · Yəhya 1:14
19 yan 2024
Həvari̇ləri̇n İşləri̇ 20:19 · Matta 20:26–28
18 yan 2024
Romalilara 5:14 · İbrani̇lərə 2:9
17 yan 2024
Yeşaya 38:17 · 1 Yəhya 4:9–10
