22 yan 2024
Gündəlik İşıq, 23 yanvar: Ona iman edən kəs utandırılmaz
Gündəlik İşıq
Ümidimiz də boşa çıxmır.
Romalilara 5:5
Mən Rəbbəm, Mənə güvənənlər utanmayacaq.
Yeşaya 49:23
Nə xoşbəxtdir o adam ki Rəbbə güvənir, Rəbbi özünə arxa sayır.
Yeremya 17:7
Ağlı Sənə yönəlmiş adamlara Sən kamil sülh verirsən, Çünki onlar Sənə güvənir. Rəbbə həmişə güvənin, Çünki Rəbb Allah əbədi Qayadır.
Yeşaya 26:3–4
Ey qəlbim, sükutla Allahı gözlə, Çünki ümidim Ondadır. Qayam, qurtuluşum yalnız Odur, O mənim qalamdır, mən sarsılmaram.
Zəbur 62:5–6
Amma bundan utanmıram, çünki Kimə iman etdiyimi bilirəm və əminəm ki, mənə verdiyi əmanəti qiyamət gününə qədər saxlamağa qadirdir.
2 Ti̇moteyə 1:12
Eləcə də Allah vədin varislərinə iradəsinin dəyişməzliyini daha açıq-aşkar etmək istəyərək Öz vədini andla təsdiqlədi. Belə ki qarşımıza qoyulan ümidə bağlanmaq üçün Allaha sığınan bizlər Allahın bunlarda yalan danışması qeyri-mümkün olduğuna görə iki dəyişilməz şeydə – Onun vəd və andında böyük təsəlliyə malik olaq. Can lövbərimiz kimi möhkəm və sarsılmaz olan bu ümid məbədin pərdəsinin arxasındakı iç otağa daxil olur. İsa ilk olaraq bizim uğrumuzda oraya daxil oldu.
İbrani̇lərə 6:17–20
Onlara büdrəmə daşı olan çarmıx ləğv olunardı.
Qalati̇yalilara 5:11
Əgər bir kəs Mənim ardımca gəlmək istəyirsə, özündən imtina etsin və çarmıxını götürüb ardımca gəlsin.
Matta 16:24
Dünya ilə dostluğun Allaha qarşı düşmənçilik olduğunu bilmirsinizmi? Buna görə də dünya ilə dost olmaq istəyən özünü Allaha düşmən edər.
Yaqub 4:4
Allahın Padşahlığına çox əziyyətlərdən keçərək girməliyik.
Həvari̇ləri̇n İşləri̇ 14:22
Ona iman edən kəs utandırılmaz.
Romalilara 9:33
Beləliklə, iman edən sizlər üçün bu daş qiymətlidir, amma iman etməyənlər üçün «bənnaların rədd etdiyi daş guşədaşı olub», «büdrəmə daşı və yıxma qayası» da oldu.
1 Peter 2:7–8
Mənsə Rəbbimiz İsa Məsihin çarmıxından başqa şeylə əsla öyünmərəm. Bunun vasitəsilə dünya mənim üçün çarmıxa çəkildi, mən də dünya üçün çarmıxa çəkildim.
Qalati̇yalilara 6:14
Məsihlə birlikdə çarmıxa çəkildim.
Qalati̇yalilara 2:20
Məsih İsaya məxsus olanlar isə öz həvəs və ehtirasları ilə birlikdə cismani təbiəti çarmıxa çəkdilər.
Qalati̇yalilara 5:24
Əgər dözəriksə, Onunla da birlikdə padşahlıq edəcəyik. Əgər Onu inkar etsək, O da bizi inkar edəcək.
2 Ti̇moteyə 2:12
Müqəddəs Yazı seçimləri Gündəlik Yolda Gündəlik İşıqdan (ictimai domen tərtibatı).
Son günlər
Hamısına bax21 yan 2024
Yəhya 15:2 · Malaki̇ 3:2–3
20 yan 2024
Yeşaya 9:6 · Yəhya 1:14
19 yan 2024
Həvari̇ləri̇n İşləri̇ 20:19 · Matta 20:26–28
18 yan 2024
Romalilara 5:14 · İbrani̇lərə 2:9
17 yan 2024
Yeşaya 38:17 · 1 Yəhya 4:9–10
16 yan 2024
Kolosseli̇lərə 1:19 · Yəhya 3:35
