24 yan 2024
Gündəlik İşıq, 25 yanvar: O durub öz atasının yanına getdi
Gündəlik İşıq
Allahdan gələn bu salehlik İsa Məsihə iman vasitəsilə Ona iman gətirənlərin hamısına verilir.
Romalilara 3:22
Günahla əlaqəsi olmayan Məsihi Allah bizim uğrumuzda günah qurbanı verdi ki, biz Onda Allahın salehliyinə nail olaq.
2 Kori̇nfli̇lərə 5:21
Məsih bizim uğrumuzda lənətlənərək bizi Qanunun lənətindən satın aldı.
Qalati̇yalilara 3:13
O bizim üçün ilahi müdriklik, salehlik, müqəddəslik və satınalınma oldu.
1 Kori̇nfli̇lərə 1:30
Bizim salehliklə etdiyimiz əməllərlə deyil, Öz mərhəmətinə görə bizi xilas etdi. Bunu bizi yumaqla, yəni Müqəddəs Ruhun bizi yenidən doğuzdurub təzələməsi ilə etdi. Allah Xilaskarımız İsa Məsih vasitəsilə üzərimizə bol-bol Müqəddəs Ruhu tökdü ki.
Ti̇tə 3:5–6
Rəbbim Məsih İsanı tanımağın ali dəyərinin yanında hər şeyi ziyan hesab edirəm. Onun uğrunda var-yoxumu atıb tullantı sayıram ki, Məsihi qazanıb Onda hesab olunum. Belə ki Qanunla gələn öz salehliyimə deyil, Məsihə imandan yaranan, imanla Allahdan gələn salehliyə malik olum.
Fi̇li̇pi̇li̇lərə 3:8–9
Elə o Ruhun vasitəsilə Allaha «Abba, Ata» deyə nida edirik.
Romalilara 8:15
İsa bunları söylədikdən sonra başını göyə qaldırıb dedi: «Ey Ata ... onlarsa dünyadadır və Mən Sənin yanına gəlirəm. ... Ey ədalətli Ata.
Yəhya 17:1, 11, 25
O belə dedi: Abba – Ata.
Mark 14:36
Övladlar olduğunuz üçün Allah Öz Oğlunun «Abba, Ata!» deyərək nida edən Ruhunu ürəklərimizə göndərdi.
Qalati̇yalilara 4:6
Çünki hər iki tərəfdən olan bizlər Onun vasitəsilə bir Ruhda Atanın hüzuruna çıxa bilərik. Deməli, artıq yad və qərib deyilsiniz, siz müqəddəslərlə birgə vətəndaş və Allah ailəsinin üzvüsünüz.
Efesli̇lərə 2:18–19
Sənsən Atamız. İbrahim bizi tanımasa da ... Atamız Sənsən, ya Rəbb, Əzəldən bəri adın «Bizi Satınalan»dır.
Yeşaya 63:16
Durub atamın yanına gedəcəyəm və ona deyəcəyəm: ‹Ata, mən göyə və sənə qarşı günah etdim. Mən artıq sənin oğlun adlanmağa layiq deyiləm. Məni öz muzdlu işçilərinin biri kimi qəbul et›”. O durub öz atasının yanına getdi.
Luka 15:18–20
Beləliklə, sevimli övladlar kimi Allahdan nümunə götürün.
Efesli̇lərə 5:1
Müqəddəs Yazı seçimləri Gündəlik Yolda Gündəlik İşıqdan (ictimai domen tərtibatı).
Son günlər
Hamısına bax23 yan 2024
Romalilara 5:5 · Yeşaya 49:23
22 yan 2024
Zəbur 48:14 · Yeşaya 25:1
21 yan 2024
Yəhya 15:2 · Malaki̇ 3:2–3
20 yan 2024
Yeşaya 9:6 · Yəhya 1:14
19 yan 2024
Həvari̇ləri̇n İşləri̇ 20:19 · Matta 20:26–28
18 yan 2024
Romalilara 5:14 · İbrani̇lərə 2:9
