28 fev 2024
Gündəlik İşıq, 29 fevral: İndi dincəl, ye-iç, kef elə
Gündəlik İşıq
Sabahkı gününlə öyünmə, Günün nə doğacağını bilməzsən.
Süleymanin Məsəlləri̇ 27:1
Budur, indi münasib vaxt, budur, indi xilas günü.
2 Kori̇nfli̇lərə 6:2
Qısa bir müddət də nur sizin aranızda olacaq. Nurunuz olarkən gəzin ki, sizi qaranlıq tutmasın. Çünki qaranlıqda gəzən hara getdiyini bilməz. Nurunuz var ikən nura iman edin ki, nur övladları olasınız.
Yəhya 12:35–36
Çalışmaq üçün nə bacarırsan, var gücünlə et. Çünki gedəcəyin ölülər diyarında nə iş, nə fikir, nə bilik, nə də hikmət var.
Vai̇z 9:10
Ey canım, illərlə kifayət qədər var-dövlət yığmısan. İndi dincəl, ye-iç, kef elə”. ... Ay axmaq, bu gecə canını səndən alacaqlar. Bəs hazırladığın kimə qalacaq?” Özü üçün xəzinə toplayan, amma Allahın önündə varlı olmayan hər bir insanın axırı da elə olacaq.
Luka 12:19–21
Axı həyatınız nədir ki? Qısa bir müddətə görünüb sonra da yox olan buxardır.
Yaqub 4:14
Dünya və ondakı ehtiraslar keçib-gedir, amma Allahın iradəsinə əməl edən əbədi qalır.
1 Yəhya 2:17
Amma Sən dəyişməzsən, İllərin tükənməzdir.
Zəbur 102:27
Dağlara təvəllüd verməmişdən əvvəl, Kainatı, dünyanı doğmazdan əvvəl Əzəldən axıradək Allah Sənsən.
Zəbur 90:2
Mən Rəbbəm və heç vaxt dəyişmirəm. Siz bunun üçün məhv olmadınız, ey Yaqub övladları!
Malaki̇ 3:6
İsa Məsih dünən, bu gün və əbədi olaraq eynidir.
İbrani̇lərə 13:8
Hər yaxşı bəxşiş və hər kamil hədiyyə yuxarıdan, Özündə heç bir dəyişiklik ya dönüklük kölgəsi olmayan nurlar Atasından gəlir.
Yaqub 1:17
Çünki Allahın ənamları və dəvəti geri alınmaz.
Romalilara 11:29
Allah insan deyil ki, Yalan söyləsin, Bəşər oğlu deyil ki, Fikrini dəyişdirsin.
Saylar 23:19
Rəbbin məhəbbətinə görə məhv olmadıq, Çünki mərhəməti tükənməzdir.
Mərsi̇yələr 3:22
Lakin İsa əbədi yaşadığı üçün daimi kahinliyə malikdir. Buna görə O Özü vasitəsilə Allaha yaxınlaşanları tam xilas etməyə qadirdir. Çünki O onlar üçün vəsatətçilik etməkdən ötrü həmişə yaşayır.
İbrani̇lərə 7:24–25
Qorxma! Birinci və Sonuncu Olan.
Vəhy 1:17
Müqəddəs Yazı seçimləri Gündəlik Yolda Gündəlik İşıqdan (ictimai domen tərtibatı).
Son günlər
Hamısına bax27 fev 2024
Romalilara 6:11 · Yəhya 5:24
26 fev 2024
Mərsi̇yələr 3:40 · Zəbur 26:2
25 fev 2024
Yaqub 4:7 · Yeşaya 59:19
24 fev 2024
Yezekel 36:37 · Yaqub 4:2
23 fev 2024
İbrani̇lərə 12:24 · Yəhya 1:29
22 fev 2024
Zəbur 25:12 · Matta 6:22
