27 fev 2024
Gündəlik İşıq, 28 fevral: Bunların hamısı Allahdandır
Gündəlik İşıq
Çünki Allah dünyanı elə sevdi ki, vahid Oğlunu verdi; bunu ona görə etdi ki, Ona iman edən hər kəs həlak olmasın, amma əbədi həyata malik olsun.
Yəhya 3:16
Bunların hamısı Allahdandır. O, Məsih vasitəsilə bizi Özü ilə barışdırdı və bizə barışdırma xidmətini verdi. Belə ki Allah insanların təqsirlərini onların əleyhinə qoymayaraq dünyanı Məsihdə Özü ilə barışdırmaqda idi. Barışdırma sözünü də bizə əmanət etdi. Beləliklə, biz Məsihin nümayəndələriyik, sanki Allah bizim vasitəmizlə rica edir. Məsihin adı ilə yalvarırıq ki, Allahla barışın. Günahla əlaqəsi olmayan Məsihi Allah bizim uğrumuzda günah qurbanı verdi ki, biz Onda Allahın salehliyinə nail olaq.
2 Kori̇nfli̇lərə 5:18–21
Çünki Allah məhəbbətdir. Allahın bizə olan məhəbbəti belə zahir oldu: Allah Öz vahid Oğlunu dünyaya göndərdi ki, biz Onun vasitəsilə yaşayaq. Məhəbbət bizim Allahı sevməyimizlə bağlı deyil, amma bundan ibarətdir: O bizi sevdi və Öz Oğlunu bizim günahlarımıza görə kəffarə qurbanı olaraq göndərdi. Ey sevimlilər, Allah bizi bu cür sevdiyi üçün biz də gərək bir-birimizi sevək.
1 Yəhya 4:8–11
İnsanın ruhu Rəbbin çırağıdır.
Süleymanin Məsəlləri̇ 20:27
Sizdən kim günahsızdırsa, qadına birinci daş atsın. Bu sözləri eşidənlər başda ağsaqqallar olmaqla bir-bir oradan uzaqlaşdılar.
Yəhya 8:7, 9
Rəbb Allah dedi: «Kim sənə bildirdi ki, çılpaqsan? Sənə yeməyi qadağan etdiyim ağacın meyvəsindən yeməmisən ki?»
Yaradiliş 3:11
Kimsə bir yaxşı işi görməli olduğunu bilib onu etmirsə, günah edir.
Yaqub 4:17
Bununla həqiqətdən olduğumuzu biləcəyik və ürəyimiz bizi məhkum edirsə, ürəyimizi Allahın önündə sakitləşdirəcəyik. Çünki Allah bizim ürəyimizdən üstündür və hər şeyi bilir. Ey sevimlilər, əgər ürəyimiz bizi məhkum etmirsə, demək, Allahın hüzurunda cəsarətlə danışa bilərik.
1 Yəhya 3:20–21
Hamısı təmizdir. Amma yeməyi ilə başqasının büdrəməsinə səbəb olan adam pislik edir. ... Seçdiyi bir işdə özünü mühakimə etməyən adam nə bəxtiyardır!
Romalilara 14:20, 22
Ey Allah, məni yoxla, qəlbimi öyrən, Sən məni sınaqdan keçirib bütün fikirlərimi bil. Gör qəlbimdə pisliyə yol verirəmmi? Əbədi yolda mənə rəhbər ol!
Zəbur 139:23–24
Müqəddəs Yazı seçimləri Gündəlik Yolda Gündəlik İşıqdan (ictimai domen tərtibatı).
Son günlər
Hamısına bax26 fev 2024
Mərsi̇yələr 3:40 · Zəbur 26:2
25 fev 2024
Yaqub 4:7 · Yeşaya 59:19
24 fev 2024
Yezekel 36:37 · Yaqub 4:2
23 fev 2024
İbrani̇lərə 12:24 · Yəhya 1:29
22 fev 2024
Zəbur 25:12 · Matta 6:22
21 fev 2024
Levi̇li̇lər 20:8 · Levi̇li̇lər 20:24
