24 fev 2024
Gündəlik İşıq, 25 fevral: Əksinə, bunları ifşa edin
Gündəlik İşıq
İblisə qarşı durun və o sizdən qaçacaq.
Yaqub 4:7
Çünki düşmən azğın bir çay kimi gəldikdə Rəbbin nəfəsi onu qovacaq.
Yeşaya 59:19
Şeytan! “Allahın Rəbbə səcdə et və yalnız Ona ibadət et” deyə yazılmışdır. Bundan sonra iblis İsanı tərk etdi və mələklər gəlib Ona xidmət edirdi.
Matta 4:10–11
Rəbdə və Onun böyük qüvvəsində möhkəmlənin. İblisin hiylələrinə qarşı dura bilmək üçün Allahın verdiyi bütün zireh və silahlara bürünün.
Efesli̇lərə 6:10–11
Qaranlığın səmərəsiz əməllərinə şərik olmayın. Əksinə, bunları ifşa edin.
Efesli̇lərə 5:11
Şeytan bizdən mənfəət qazanmasın. Çünki onun niyyətlərindən xəbərsiz deyilik.
2 Kori̇nfli̇lərə 2:11
Ayıq durun, oyaq olun. Çünki düşməniniz olan iblis nərildəyən və kimisə aşırmaq istəyən aslan kimi dolaşır. Möhkəm imanla ona qarşı durun. Bilin ki, bütün dünyada bacı-qardaşlarınız da eyni cür əzab çəkirlər.
1 Peter 5:8–9
Bizə dünya üzərində zəfər qazandıran öz imanımızdır.
1 Yəhya 5:4
Allahın seçdiyi adamları kim ittiham edə bilər? Onları saleh sayan Allahdır!
Romalilara 8:33
Kaş biləydim Onu harada tapmaq olar.
Əyyub 23:3
Aranızda Rəbdən qorxan, Qulunun sözünə qulaq asan varmı? Qaranlıqda gəzən, nurdan məhrum olan Rəbbin adına güvənsin, Allahına arxalansın.
Yeşaya 50:10
Məni axtaracaqsınız, əgər bütün qəlbinizlə axtarsanız, tapacaqsınız.
Yeremya 29:13
Axtarın, tapacaqsınız, qapını döyün və sizə açılacaq. Çünki hər diləyən alar, axtaran tapar, qapı döyənə açılar.
Luka 11:9–10
Bizim şərikliyimiz də Ata və Onun Oğlu İsa Məsihlədir.
1 Yəhya 1:3
Amma bir zamanlar uzaq olan sizlər indi Məsih İsada Məsihin qanı sayəsində yaxın oldunuz. Çünki hər iki tərəfdən olan bizlər Onun vasitəsilə bir Ruhda Atanın hüzuruna çıxa bilərik.
Efesli̇lərə 2:13, 18
Əgər biz «Allahla şərikliyimiz var» dediyimiz halda qaranlıqda gəziriksə, demək, yalan danışırıq və həqiqətə əməl etmirik.
1 Yəhya 1:6
Budur, Mən dövrün sonuna qədər hər gün sizinləyəm.
Matta 28:20
Səni heç vaxt atmaram, səni heç vaxt tərk etmərəm.
İbrani̇lərə 13:5
Mən də Atadan xahiş edəcəyəm və O sizə başqa bir Vəsatətçi göndərəcək ki, daim sizinlə olsun ... çünki sizinlə qalır və daxilinizdə olacaq.
Yəhya 14:16–17
Müqəddəs Yazı seçimləri Gündəlik Yolda Gündəlik İşıqdan (ictimai domen tərtibatı).
Son günlər
Hamısına bax23 fev 2024
İbrani̇lərə 12:24 · Yəhya 1:29
22 fev 2024
Zəbur 25:12 · Matta 6:22
21 fev 2024
Levi̇li̇lər 20:8 · Levi̇li̇lər 20:24
20 fev 2024
Yeşaya 53:11 · Yəhya 19:30
19 fev 2024
Süleymanin Məsəlləri̇ 2:6 · Süleymanin Məsəlləri̇ 3:5
18 fev 2024
Yeremya 17:17 · Zəbur 4:6
