1 mar 2024
Gündəlik İşıq, 2 mart: Amma gözə görünən ümid ümid deyil
Gündəlik İşıq
Çünki demişdi: «Allah əziyyət çəkdiyim torpaqda məni bəhərli etdi».
Yaradiliş 41:52
Rəbbimiz İsa Məsihin Allahına – Atasına alqış olsun! O, rəhmli Ata və hər cür təsəlli verən Allahdır. Çəkdiyimiz hər bir əziyyətdə O bizə təsəlli verir ki, biz də Allahdan aldığımız təsəlli ilə hər cür əziyyət çəkənlərə təsəlli verə bilək. Çünki Məsihin əzablarını necə böyük həcmdə çəkiriksə, Məsih vasitəsilə o cür böyük təsəlli də tapırıq.
2 Kori̇nfli̇lərə 1:3–5
Buna görə hal-hazırda qısa bir müddət cürbəcür sınaqlarda kədərə düşməyə məcbur olsanız da, hədsiz sevinirsiniz; belə ki imanınızın sınaqdan keçməsi İsa Məsihin zühurunda sizə tərif, izzət və şərəf gətirsin. Bu imanınız odla təmizlənsə belə, fani qızıldan daha çox dəyərlidir.
1 Peter 1:6–7
Lakin Rəbb köməyimə gəlib mənə güc verdi ki, vəz mənim vasitəmlə tam elan edilsin və onu bütün millətlər eşitsin.
2 Ti̇moteyə 4:17
Bunun üçün qoy Allahın iradəsinə görə əzab çəkənlər yaxşılıq edərək həyatlarını sadiq olan Yaradana həvalə etsinlər.
1 Peter 4:19
Beləcə Allahın xalqı üçün hələ də bir istirahət qalır.
İbrani̇lərə 4:9
Orada pis adamlar belə, kini atır, Yorğunlar rahatlıq tapır, Məhbuslar dinc yaşayır, Nəzarətçinin səsi çıxmır.
Əyyub 3:17–18
Bundan sonra Rəbdə ölənlər nə bəxtiyardır!» Ruh deyir: «Bəli, onlar zəhmətlərindən ayrılıb rahatlıq tapacaqlar, çünki əməllərinin nəticəsi onların ardınca gedir.
Vəhy 14:13
Dostumuz Lazar uyuyub. ... İsa onun ölümü barədə danışmışdı, amma onlar elə bildilər ki, yuxuya getdiyini söyləyib.
Yəhya 11:11, 13
Bu dünyəvi çadırda ikən hamımız ağır yük altında inləyirik.
2 Kori̇nfli̇lərə 5:4
Ruhun nübarını alan biz özümüz də övladlığa qəbul olunmağımızı, yəni bədənimizin satın alınmasını gözləyərək içimizdə inildəyirik. Çünki biz ümidlə xilas olduq. Amma gözə görünən ümid ümid deyil. ... Amma görmədiyimiz şeyə ümid edəndə onu səbirlə gözləyirik.
Romalilara 8:23–25
Müqəddəs Yazı seçimləri Gündəlik Yolda Gündəlik İşıqdan (ictimai domen tərtibatı).
Son günlər
Hamısına bax29 fev 2024
Süleymanin Məsəlləri̇ 27:1 · 2 Kori̇nfli̇lərə 6:2
28 fev 2024
Yəhya 3:16 · 2 Kori̇nfli̇lərə 5:18–21
27 fev 2024
Romalilara 6:11 · Yəhya 5:24
26 fev 2024
Mərsi̇yələr 3:40 · Zəbur 26:2
25 fev 2024
Yaqub 4:7 · Yeşaya 59:19
24 fev 2024
Yezekel 36:37 · Yaqub 4:2
