1 sen 2024
Gündəlik İşıq, 2 sentyabr: Rəbbə ümid bağla! (Zəbur 27:14)
Gündəlik İşıq
Rəbbə ümid bağla! Möhkəm və cəsarətli ol!
Zəbur 27:14
Məgər sən bilmirsən? Məgər eşitməmisən? Rəbb əbədi Allahdır, Odur bütün dünyanı yaradan. Nə yorulur, nə taqətdən düşür ... O, yorğunlara güc verər, Taqətsizlərin qüvvətini artırar.
Yeşaya 40:28–29
Qorxma, çünki Mən səninləyəm, Dəhşətə gəlmə, çünki Allahın Mənəm. Səni qüvvətləndirəcəyəm, Sənə kömək edəcəyəm. Sadiq sağ əlimlə Sənə dayaq olacağam.
Yeşaya 41:10
Çünki Sən yoxsula sığınacaq, Sıxıntı içində olan fəqirə pənahgah, Fırtına vaxtı çardaq, İstilik vaxtı kölgəlik oldun. Qəddarların nəfəsi divara çarpan fırtına kimidir.
Yeşaya 25:4
Imanınızın sınaqdan keçməsi dözüm yaradır. Dözüm də öz əməlini kamil etsin ki, siz yetkin və kamil adamlar olasınız, heç bir çatışmazlığınız olmasın.
Yaqub 1:3–4
Buna görə cəsarətinizi itirməyin, bu cəsarətə görə mükafatınız böyükdür. Çünki Allahın iradəsini yerinə yetirib vəd olunan şeyi almaq üçün sizin tab gətirməyə ehtiyacınız var.
İbrani̇lərə 10:35–36
O məni yaşıl çəmənlərdə dincəldir.
Zəbur 23:2
Pislər isə sanki dalğalanan dənizdir, Bu dəniz sakit dura bilməz ... «Pislərə isə sülh yoxdur» deyir mənim Allahım.
Yeşaya 57:20–21
Ey bütün yorğunlar və yükləri ağır olanlar, Mənim yanıma gəlin, Mən sizə rahatlıq verərəm.
Matta 11:28
Rəbbin hüzurunda sükut et.
Zəbur 37:7
Allah Öz işlərini qurtarıb Şənbə günü istirahət etdiyi kimi Onun rahatlıq diyarına girən də öz işlərini qurtarıb istirahət etdi.
İbrani̇lərə 4:10
Müxtəlif və yad təlimlərlə yoldan azmayın, çünki ürək yeməklərlə deyil, Allahın lütfü ilə qüvvətlənsə, yaxşıdır.
İbrani̇lərə 13:9
Belə ki artıq insanların kələkbazlığı ilə, bizi yoldan azdırmaq üçün hazırladıqları hiylələrlə, cürbəcür təlimin küləyi ilə çalxalanan və ora-bura sürüklənən körpə uşaqlar olmayaq. Əksinə, məhəbbətlə həqiqəti yerinə yetirərək bədənin Başı olan Məsihə bənzəmək üçün hərtərəfli böyüyək.
Efesli̇lərə 4:14–15
Kölgəsində oturmaqdan zövq alıram, Meyvəsinin dadı damağımdan getmir. O məni ziyafət evinə apardı, Sevgisi bayraq kimi üzərimdə dalğalanır.
Nəğmələr Nəğməsi̇ 2:3–4
Müqəddəs Yazı seçimləri Gündəlik Yolda Gündəlik İşıqdan (ictimai domen tərtibatı).
Son günlər
Hamısına bax31 avq 2024
Romalilara 5:16 · Yeşaya 1:18
30 avq 2024
Ester 5:2 · Çixiş 22:27
29 avq 2024
Süleymanin Məsəlləri̇ 16:20 · Romalilara 4:20–21
28 avq 2024
Vəhy 12:10 · Vəhy 12:11
27 avq 2024
Zəbur 119:105 · Zəbur 17:4–5
26 avq 2024
Çixiş 28:36 · İbrani̇lərə 12:14
