2 sen 2024
Gündəlik İşıq, 3 sentyabr: Onda günah yoxdur (1 Yəhya 3:5)
Gündəlik İşıq
Aranızda bütün ölkədə nə mayalı çörək, nə də maya görünməsin.
Çixiş 13:7
Rəbb qorxusu pisliyə nifrət etməkdir.
Süleymanin Məsəlləri̇ 8:13
Pislikdən ikrah edin.
Romalilara 12:9
Hər cür şərdən uzaq durun.
1 Saloni̇kli̇lərə 5:22
Diqqət edin ki, heç kim Allahın lütfündən məhrum olmasın, aranızda bir acı kök böyüyüb əziyyət verməsin və bununla bir çoxlarını murdar etməsin.
İbrani̇lərə 12:15
Mən qəlbimdə təqsirə yer versəydim, Xudavənd məni eşitməzdi.
Zəbur 66:18
Məgər bilmirsiniz ki, azacıq maya bütün xəmiri acıdır? Əslində mayasız olduğunuz kimi köhnə mayadan təmizlənin ki, təzə xəmir olasınız. Çünki bizim Pasxa quzumuz olan Məsih qurban verildi. Buna görə köhnə maya ilə, kin və pislik mayası ilə yox, amma səmimiyyətin və həqiqətin mayasız çörəyi ilə bayram edək.
1 Kori̇nfli̇lərə 5:6–8
Bunun əvəzinə qoy insan özünü yoxlasın və sonra bu çörəkdən yeyib bu kasadan içsin.
1 Kori̇nfli̇lərə 11:28
Rəbb Özününküləri tanıyır» və «Rəbbin adını ağzına alan hər kəs haqsızlıqdan uzaqlaşsın.
2 Ti̇moteyə 2:19
Həqiqətən, bizə belə bir Baş Kahinin olması münasibdir ki, O, müqəddəs, günahsız, ləkəsiz, günahkarlardan ayrılmış.
İbrani̇lərə 7:26
Onda günah yoxdur.
1 Yəhya 3:5
İlan qadına dedi: «Yox, əsla ölməzsiniz. ... o meyvələrdən yediyiniz gün gözləriniz açılacaq və xeyirlə şəri bilərək Allah kimi olacaqsınız».
Yaradiliş 3:4–5
Amma qorxuram ki, ilanın hiyləgərliyi ilə Həvvanı aldatması kimi düşüncələrinizin pozulub Məsihə olan səmimi və pak həsr olunmasından azasınız.
2 Kori̇nfli̇lərə 11:3
Rəbdə və Onun böyük qüvvəsində möhkəmlənin. İblisin hiylələrinə qarşı dura bilmək üçün Allahın verdiyi bütün zireh və silahlara bürünün. Buna görə Allahın bütün zireh və silahlarını götürün ki, pis gündə müqavimət göstərib, əlinizdən gələn hər bir şeyi etdikdən sonra dayana biləsiniz. Xilas dəbilqəsini və Ruhun qılıncını, yəni Allahın kəlamını götürün.
Efesli̇lərə 6:10–11, 13, 17
Şeytan bizdən mənfəət qazanmasın. Çünki onun niyyətlərindən xəbərsiz deyilik.
2 Kori̇nfli̇lərə 2:11
Müqəddəs Yazı seçimləri Gündəlik Yolda Gündəlik İşıqdan (ictimai domen tərtibatı).
Son günlər
Hamısına bax1 sen 2024
Qalati̇yalilara 5:22–23 · Yeşaya 29:19
31 avq 2024
Romalilara 5:16 · Yeşaya 1:18
30 avq 2024
Ester 5:2 · Çixiş 22:27
29 avq 2024
Süleymanin Məsəlləri̇ 16:20 · Romalilara 4:20–21
28 avq 2024
Vəhy 12:10 · Vəhy 12:11
27 avq 2024
Zəbur 119:105 · Zəbur 17:4–5
