3 sen 2024
Gündəlik İşıq, 4 sentyabr: Qızım, gözlə (Rut 3:18)
Gündəlik İşıq
Qızım, gözlə.
Rut 3:18
Diqqətli və sakit ol, qorxma! Qoy ürəyin bu tüstülənən.
Yeşaya 7:4
Dayanın, bilin ki, Mən Allaham.
Zəbur 46:10
Axı Mən sənə söyləmədimmi, iman etsən, Allahın izzətini görəcəksən?
Yəhya 11:40
Adamların təkəbbürü qırılacaq, İnsanların qüruru alçaldılacaq, O gün yalnız Rəbb ucaldılacaq.
Yeşaya 2:17
O, Rəbbin ayaqları yanında oturub Onun sözünə qulaq asırdı.
Luka 10:39
Məryəm yaxşısını seçdi. Bu da onun əlindən alınmayacaq.
Luka 10:42
Mənə tərəf dönüb rahatlıq tapanda xilas olarsınız, Sakitləşib inanmaqla qüdrətli olarsınız, Lakin siz bunu istəmirsiniz.
Yeşaya 30:15
Günah etməyin, Yatağınızda olarkən ürəyinizdə düşünün, dinməyin.
Zəbur 4:4
Rəbbin hüzurunda sükut et, Onu səbirlə gözlə. Yolunda uğur qazanan Hiyləgər insan üçün narahat olma.
Zəbur 37:7
Pis xəbərdən qorxmaz, Rəbbə güvəndiyi üçün ürəyi möhkəmdir, Cəsur ürəklidir.
Zəbur 112:7–8
Ona iman edən hər kəs narahat olmayacaq.
Yeşaya 28:16
Mənim nə etdiyimi sən indi bilməzsən, amma sonra anlayacaqsan.
Yəhya 13:7
Allahınız Rəbbin sizi qırx il səhrada gəzdirdiyi uzun səyahəti yada salın. Bunu ona görə etdi ki, təkəbbürünüzü qırsın və sizi sınaqdan keçirərək ürəyinizdəkini öyrənsin; görsün ki, siz Onun əmrlərinə əməl edəcəksiniz ya yox.
Qanunun Təkrari 8:2
Mən yanından keçəndə səni gördüm. Bu vaxt sənin məhəbbət çağın idi. ... And edib səninlə əhd bağladım” bəyan edir Xudavənd Rəbb, “sən də Mənim oldun.
Yezekel 16:8
Çünki Rəbb sevdiyini tərbiyələndirər.
İbrani̇lərə 12:6
Sevimlilər, sizi sınamaq üçün aranızda baş verən odlu imtahana sanki başınıza gələn qəribə bir iş kimi təəccüb etməyin. Əksinə, Məsihin əzablarına nə qədər şərik olursunuzsa, o qədər sevinin ki, Onun izzətli zühurunda hədsiz sevinəsiniz.
1 Peter 4:12–13
Çünki müvəqqəti, yüngül əziyyətlərimiz bizə heç bir şeylə müqayisə edilməz dərəcədə böyük və əbədi izzət qazandırır. Gözlərimizi görünən şeylərə deyil, görünməyən şeylərə dikirik.
2 Kori̇nfli̇lərə 4:17–18
Müqəddəs Yazı seçimləri Gündəlik Yolda Gündəlik İşıqdan (ictimai domen tərtibatı).
Son günlər
Hamısına bax2 sen 2024
Zəbur 27:14 · Yeşaya 40:28–29
1 sen 2024
Qalati̇yalilara 5:22–23 · Yeşaya 29:19
31 avq 2024
Romalilara 5:16 · Yeşaya 1:18
30 avq 2024
Ester 5:2 · Çixiş 22:27
29 avq 2024
Süleymanin Məsəlləri̇ 16:20 · Romalilara 4:20–21
28 avq 2024
Vəhy 12:10 · Vəhy 12:11
