29 avq 2024
Gündəlik İşıq, 30 avqust: Çünki onun nə olduğunu bilmirdilər
Gündəlik İşıq
Padşah qızıl əsasını ona tərəf uzatdı. Ester də yaxınlaşıb əsanın ucuna toxundu.
Ester 5:2
Bəs o adam yatanda nə ilə üstünü örtsün? O Mənə fəryad edəndə səsini eşidəcəyəm, çünki Mən lütfkaram.
Çixiş 22:27
Biz Allahın bizə olan məhəbbətini anlayıb buna inandıq. Allah məhəbbətdir. Kim məhəbbətdə qalarsa, Allahda qalar, Allah da onda qalar. Məhəbbət bizdə ona görə kamil oldu ki, qiyamət günündə cəsarətimiz olsun. Çünki Məsih necədirsə, biz də bu dünyada eləyik. Məhəbbətdə qorxu yoxdur, əksinə, kamil məhəbbət qorxunu qovar. Çünki qorxu cəzaya aiddir, qorxan insan məhəbbətdə kamil deyil. Biz sevirik, çünki öncə O bizi sevdi.
1 Yəhya 4:16–19
Ona görə ürəklərimiz pis vicdandan paklanmış, bədənlərimiz də təmiz su ilə yuyulmuş halda imanın tam etimadı ilə, səmimi qəlblə Allaha yaxınlaşaq.
İbrani̇lərə 10:22
Çünki hər iki tərəfdən olan bizlər Onun vasitəsilə bir Ruhda Atanın hüzuruna çıxa bilərik.
Efesli̇lərə 2:18
Məsihdə və Məsihə olan iman vasitəsilə Allaha cəsarət və etibarla yaxınlaşa bilirik.
Efesli̇lərə 3:12
Buna görə də lütfkar Allahın taxtına cəsarətlə yaxınlaşaq ki, vaxtında köməyə nail olmaq üçün mərhəmət alıb lütf tapaq.
İbrani̇lərə 4:16
Çünki onun nə olduğunu bilmirdilər.
Çixiş 16:15
Şübhəsiz ki, möminliyin sirri böyükdür: O, cismən zühur etdi, Ruh tərəfindən təsdiq olundu.
1 Ti̇moteyə 3:16
Çünki Allahın çörəyi budur ki, göydən enir və dünyaya həyat verir.
Yəhya 6:33
Ata-babalarınız çöldə manna yedilər və öldülər.
Yəhya 6:49
Əgər kimsə bu çörəkdən yesə, əbədi yaşayar. Dünyanın həyatı üçün verəcəyim çörək Öz ətimdir.
Yəhya 6:51
Çünki Mənim ətim həqiqi yemək, qanım da həqiqi içkidir.
Yəhya 6:55
İsrail övladları belə də etdilər. Kimi çox, kimi də az yığdı. Onlar omer ilə ölçdükləri zaman çox yığanın artığı, az yığanın əskiyi olmadı. Hər kəs özünə lazımi miqdarda yemək yığdı. İsrail övladlarından hər kəs özünə lazımi miqdarda hər səhər ondan yığırdı.
Çixiş 16:17–18, 21
Nə yeyəcəyik?”, “Nə içəcəyik?” və ya “Nə geyəcəyik? deyə qayğı çəkməyin ... Doğrudan da, Səmavi Atanız bütün bunlara ehtiyacınız olduğunu bilir. Ona görə də siz əvvəlcə Allahın Padşahlığını və Onun salehliyini axtarın. Onda bunların hamısı sizə əlavə olaraq veriləcək.
Matta 6:31–33
Müqəddəs Yazı seçimləri Gündəlik Yolda Gündəlik İşıqdan (ictimai domen tərtibatı).
Son günlər
Hamısına bax28 avq 2024
Vəhy 12:10 · Vəhy 12:11
27 avq 2024
Zəbur 119:105 · Zəbur 17:4–5
26 avq 2024
Çixiş 28:36 · İbrani̇lərə 12:14
25 avq 2024
Yeşaya 51:1 · Zəbur 51:5
24 avq 2024
Çixiş 3:7 · Yeşaya 53:3
23 avq 2024
Yeremya 31:3 · 2 Saloni̇kli̇lərə 2:13–14
