26 avq 2024
Gündəlik İşıq, 27 avqust: Bu əmr çıraqdır, bu təlim nurdur
Gündəlik İşıq
Sözün addımıma çıraqdır, Yollarıma işıqdır.
Zəbur 119:105
Sənin sözünə görə zalımların tutduğu yoldan, Bu insanların əməlindən özümü qorumuşam. Sənin yolundan möhkəm tutmuşam, Sarsılmadan addımlamışam.
Zəbur 17:4–5
Gəzəndə onlar sənə yol göstərər, Yatanda səni hifz edər, Oyananda sənə məsləhət verər. Bu əmr çıraqdır, bu təlim nurdur.
Süleymanin Məsəlləri̇ 6:22–23
Sağa ya sola azdığınız vaxt Arxanızdan «Yol budur, gedin bu yolla» Deyilən səsi eşidəcəksiniz.
Yeşaya 30:21
Dünyanın nuru Mənəm. Mənim ardımca gələn heç vaxt qaranlıqda gəzməyəcək, həyat nuruna malik olacaq.
Yəhya 8:12
Həmçinin bizdə daha əmin olan peyğəmbərlik sözləri var. Onlar qaranlıq yerdə işıq saçan bir çırağa bənzəyir. Səhər açılıb dan ulduzu ürəklərinizdə doğana qədər bu sözlərə diqqət verirsinizsə, yaxşı edirsiniz.
2 Peter 1:19
İndi biz güzgüdəki kimi tutqun görürük, o zaman isə üzbəüz görəcəyik. İndi biliyim məhduddur, o zaman isə haqqımda hər şey bilindiyi kimi mən də hər şeyi biləcəyəm.
1 Kori̇nfli̇lərə 13:12
Heç kəsin çıraq və günəş işığına ehtiyacı olmayacaq. Çünki Rəbb Allah onlara işıq verəcək və onlar əbədi olaraq padşahlıq edəcək.
Vəhy 22:5
Sən nə yatırsan? Qalx, öz allahını çağır.
Yunus 1:6
Çünki bura istirahət yeri deyil. Bu yer murdarlandığına görə Dəhşətli surətdə darmadağın olacaq.
Mi̇keya 2:10
Dünyəvi şeyləri deyil, ucalardakı şeyləri düşünün.
Kolosseli̇lərə 3:2
Talan malına boş yerə ümid bağlamayın, Var-dövlətiniz artsa da, ona arxalanmayın.
Zəbur 62:10
İndi ürəyinizi və canınızı Allahınız Rəbbi axtarmağa yönəldin.
Bi̇ri̇nci̇ Salnamələr 22:19
Nə üçün yatırsınız? Qalxın, dua edin ki, sınağa düşməyəsiniz.
Luka 22:46
Özünüzə fikir verin! Qoy ürəkləriniz eyş-işrət və sərxoşluqla, bu həyatın qayğıları ilə yüklənməsin. Qoy qiyamət günü bir tələ kimi üzərinizə qəflətən gəlməsin.
Luka 21:34
Lakin bəy gecikdiyindən hamısını yuxu basdı və onlar yatdı.
Matta 25:5
Çünki «Bir az müddətdən sonra Gələn gələcək, gecikməyəcək.
İbrani̇lərə 10:37
Yuxudan ayılmaq vaxtınızın gəldiyini anlayaraq belə rəftar edin. Çünki indi xilasımız iman etdiyimiz vaxtda olduğundan daha yaxındır.
Romalilara 13:11
Ona görə də oyaq olun. Çünki ev sahibinin nə vaxt – axşammı, gecə yarısımı, xoruz banlayandamı yaxud sübh tezdənmi gələcəyini bilmirsiniz. Qoy o qəfil gəlib sizi yatan görməsin.
Mark 13:35–36
Müqəddəs Yazı seçimləri Gündəlik Yolda Gündəlik İşıqdan (ictimai domen tərtibatı).
Son günlər
Hamısına bax25 avq 2024
Yeşaya 51:1 · Zəbur 51:5
24 avq 2024
Çixiş 3:7 · Yeşaya 53:3
23 avq 2024
Yeremya 31:3 · 2 Saloni̇kli̇lərə 2:13–14
22 avq 2024
Romalilara 14:7–8 · 1 Kori̇nfli̇lərə 10:24
21 avq 2024
Zəbur 119:57 · 1 Kori̇nfli̇lərə 3:21
20 avq 2024
Saylar 23:19 · Yaqub 1:17
