27 avq 2024
Gündəlik İşıq, 28 avqust: Vahid Oğlunu verdi (Yəhya 3:16)
Gündəlik İşıq
Çünki bacı-qardaşlarımızı Allahımızın önündə Gecə-gündüz təqsirləndirən ittihamçı kənara atıldı.
Vəhy 12:10
Onlar Quzunun qanı və öz şəhadət sözləri vasitəsilə Ona qalib gəldilər.
Vəhy 12:11
Allahın seçdiyi adamları kim ittiham edə bilər? Onları saleh sayan Allahdır! Məhkum edən kimdir? Ölmüş, üstəlik dirilmiş Məsih İsa həm Allahın sağındadır, həm də bizim üçün vəsatətçilik edir.
Romalilara 8:33–34
Allah başçıları və hakimləri tərk-silah edib, onlara çarmıxda qələbə çalaraq aləmdə rüsvay etdi.
Kolosseli̇lərə 2:15
Ölüm üzərində hakimiyyət sahibi olanı, yəni iblisi Öz ölümü vasitəsilə təsirsiz hala gətirsin və ölüm qorxusuna görə ömürləri boyu əsarətdə olanların hamısını azad etsin.
İbrani̇lərə 2:14–15
Lakin bizi Sevənin vasitəsilə bütün bunlarda tam qələbə qazanırıq.
Romalilara 8:37
İblisin hiylələrinə qarşı dura bilmək üçün Allahın verdiyi bütün zireh və silahlara bürünün. Xilas dəbilqəsini və Ruhun qılıncını, yəni Allahın kəlamını götürün.
Efesli̇lərə 6:11, 17
Rəbbimiz İsa Məsih vasitəsilə bizə qələbə bəxş edən Allaha şükür olsun!
1 Kori̇nfli̇lərə 15:57
O həmçinin bağın ortasında həyat ağacını və xeyirlə şəri bilmə ağacını bitirdi.
Yaradiliş 2:9
Allah bizə əbədi həyat verib və bu həyat Onun Oğlundadır.
1 Yəhya 5:11
Vahid Oğlunu verdi; bunu ona görə etdi ki, Ona iman edən hər kəs həlak olmasın, amma əbədi həyata malik olsun.
Yəhya 3:16
Ata ölüləri dirildib onlara həyat verdiyi kimi Oğul da istədiyi şəxslərə həyat verir. Çünki Atanın Özündə həyat olduğu kimi Oğula da Özündə həyat olmağı bəxş etdi.
Yəhya 5:21, 26
Qalib gələnə Allahın cənnətində olan həyat ağacından yeməyə imkan verəcəyəm.
Vəhy 2:7
Və şəhərin baş küçəsinin ortasından axırdı. Çayın hər iki tayında on iki cür meyvə gətirən həyat ağacı var idi. O ağac hər ay meyvə gətirir. Onun yarpaqları millətlərə şəfa vermək üçündür.
Vəhy 22:2
Hikmətə çatan ... Onun sağ əlində uzun ömür ... Ona bağlananlar üçün o, həyat ağacıdır, Ondan möhkəm yapışanlar nə bəxtiyardır!
Süleymanin Məsəlləri̇ 3:13, 16, 18
O bizim üçün ilahi müdriklik.
1 Kori̇nfli̇lərə 1:30
Müqəddəs Yazı seçimləri Gündəlik Yolda Gündəlik İşıqdan (ictimai domen tərtibatı).
Son günlər
Hamısına bax26 avq 2024
Çixiş 28:36 · İbrani̇lərə 12:14
25 avq 2024
Yeşaya 51:1 · Zəbur 51:5
24 avq 2024
Çixiş 3:7 · Yeşaya 53:3
23 avq 2024
Yeremya 31:3 · 2 Saloni̇kli̇lərə 2:13–14
22 avq 2024
Romalilara 14:7–8 · 1 Kori̇nfli̇lərə 10:24
21 avq 2024
Zəbur 119:57 · 1 Kori̇nfli̇lərə 3:21
