Sonra hamısına söylədi: «Əgər bir kəs Mənim ardımca gəlmək istəyirsə, özündən imtina etsin və hər gün çarmıxını götürüb ardımca gəlsin.
LUKA 9:23
Gündəlik İşıq

Sonra hamısına söylədi: «Əgər bir kəs Mənim ardımca gəlmək istəyirsə, özündən imtina etsin və hər gün çarmıxını götürüb ardımca gəlsin.
LUKA 9:23
gah ucalıb gah alçalaraq təhqir olunanda, təriflənəndə özümüz özümüzə zamin dururuq. Bizi yalançı sayırlar, amma biz doğruçuyuq.
2 KORİNFLİLƏRƏ 6:8
Məsih İsada möminliyə yaraşan bir həyat sürmək istəyənlərin hamısı təqibə məruz qalacaq.
2 TİMOTEYƏ 3:12
Amma, qardaşlar, əgər mən hələ də sünnəti vəz edirəmsə, nə üçün hələ də təqibə məruz qalıram? Elə olsaydı, onlara büdrəmə daşı olan çarmıx ləğv olunardı.
QALATİYALILARA 5:11
İndi mən insanları, yoxsa Allahı məmnun etməyi axtarıram? Yoxsa insanlarımı razı salmağa çalışıram? Əgər mən hələ də insanları razı salmaq istəsəydim, Məsihin qulu olmazdım.
QALATİYALILARA 1:10
Məsihin adına görə təhqir olunsanız, siz nə bəxtiyarsınız! Çünki Allahın izzətli Ruhu üzərinizdə qalır. Lakin heç biriniz qatil, oğru ya başqa cür cinayətkar kimi yaxud başqalarının işinə qarışan şəxs kimi əzab çəkməsin. Amma bir insan məsihçi kimi əzab çəkirsə, qoy bundan utanmasın, bu adı daşıyaraq Allahı izzətləndirsin.
1 PETER 4:14-16
Çünki sizə yalnız Məsihə iman etmək deyil, Onun uğrunda əzab çəkmək üstünlüyü də ehsan olundu.
FİLİPİLİLƏRƏ 1:29
Bizi məcbur edən Məsihin məhəbbətidir və bu qənaətə gəlmişik ki, bir Nəfər hamı üçün öldüyünə görə hamı öldü. Bəli, O hər kəs uğrunda öldü ki, qoy yaşayanlar artıq özləri üçün deyil, onlar uğrunda Ölüb-Dirilən üçün yaşasınlar.
2 KORİNFLİLƏRƏ 5:14-15
Əgər dözəriksə, Onunla da birlikdə padşahlıq edəcəyik. Əgər Onu inkar etsək, O da bizi inkar edəcək.
2 TİMOTEYƏ 2:12
Müqəddəs Yazı seçmələri Daily Light on the Daily Path-dan (ictimai mülkiyyət).
31 avq 2024
Romans 5:16
30 avq 2024
Esther 5:2
29 avq 2024
Proverbs 16:20
28 avq 2024
Revelation 12:10
27 avq 2024
Psalms 119:105
26 avq 2024
Exodus 28:36
25 avq 2024
Isaiah 51:1

İsa Məsih
İsa Məsih haqqında həqiqi həqiqəti araşdırın: Onun möcüzəvi doğulmasından və qədim peyğəmbərliklərdən tutmuş…

Üsyan
Musa və Miryəmin üsyanı, Miryəmin cüzam xəstəliyi və günah, təvazökarlıq və bərpa dərsləri haqqında hekayəni…

İman
Həyat bir yarışdır, lakin qələbə dünyəvi uğurlarda tapılmır. Əbədi mükafatınızı qazanmaq üçün Süleymanın…
Evlilik
Sevgi, sevinc və sülh kimi Ruhun doqquzqat meyvəsinin evliliyinizi necə gücləndirə biləcəyini araşdırın.

İstirahət
İsa yorğunları günahın yükündən rahatlıq tapmağa dəvət edir. Onun asan boyunduruğunu götürün, ondan öyrənin…

Sevgi
Bu məqalə aqape, yəni "baş sevgisi"ni, Allahın bizi sevdiyi kimi, şərtsiz sevmək seçimi kimi araşdırır.