Çünki Rəbbin payı Öz xalqıdır! Yaqub Onun payına düşən irsidir.
QANUNUN TƏKRARI 32:9
Gündəlik İşıq

Çünki Rəbbin payı Öz xalqıdır! Yaqub Onun payına düşən irsidir.
QANUNUN TƏKRARI 32:9
Sizsə Məsihinsiniz, Məsih də Allahındır.
1 KORİNFLİLƏRƏ 3:23
Mən sevgiliminkiyəm, Onun meyl etdiyi mənəm.
NƏĞMƏLƏR NƏĞMƏSİ 7:10
Sevgilim mənimdir, mən də onunam, O, sürüsünü zanbaqlıq içərisində otarır.
NƏĞMƏLƏR NƏĞMƏSİ 2:16
Məsihlə birlikdə çarmıxa çəkildim. Artıq mən yaşamıram, Məsih məndə yaşayır. İndi cismən yaşadığım həyata gəlincə məni sevib uğrumda Özünü fəda edən Allahın Oğluna olan imanla yaşayıram.
QALATİYALILARA 2:20
Məgər bilmirsiniz ki, bədəniniz Allahdan aldığınız, sizdə yaşayan Müqəddəs Ruhun məbədidir? Siz özünüzə məxsus deyilsiniz, çox baha qiymətə satın alınmısınız. Beləliklə, bədəninizlə Allaha izzət gətirin.
1 KORİNFLİLƏRƏ 6:19-20
Sizə gəldikdə isə, Rəbb sizi götürüb dəmirəridən soba içindən – Misirdən çıxarıb ki, bugünkü kimi Ona məxsus xalq olasınız.
QANUNUN TƏKRARI 4:20
Çünki biz Allahın əməkdaşlarıyıq. Sizsə Allahın zəmisi, Allahın tikilisisiniz.
1 KORİNFLİLƏRƏ 3:9
Amma Məsih Onun evi üzərində Oğul olaraq sadiqdir. Əgər biz cəsarətimizi və fəxr etdiyimiz ümidi qoruyub saxlasaq, Onun evi bizik.
İBRANİLƏRƏ 3:6
özünüz də diri daşlar kimi hörülün ki, ruhani ev qurulsun. Orada müqəddəs kahin dəstəsi olasınız və İsa Məsih vasitəsilə Allaha məqbul olan ruhani qurbanlar təqdim edəsiniz.
1 PETER 2:5
Ordular Rəbbi deyir: «Fəaliyyətə keçdiyim gün onlar Mənə məxsus xalq olacaq. Bir ata özünə xidmət edən oğluna necə rəhm edərsə, Mən də onlara elə rəhm edəcəyəm.
MALAKİ 3:17
Mənim olan hər şey Sənindir, Sənin olanlar da Mənimdir və Mən onlarda izzətlənmişəm.
YƏHYA 17:10
Qoy O, qəlbinizin gözünü nurlandırsın ki, Onun çağırışından yaranan ümidin nə olduğunu, müqəddəslərə verdiyi irsin izzətinin necə zəngin olduğunu,
EFESLİLƏRƏ 1:18
Müqəddəs Yazı seçmələri Daily Light on the Daily Path-dan (ictimai mülkiyyət).
19 yan 2025
Acts 20:19
18 yan 2025
Romans 5:14
17 yan 2025
Isaiah 38:17
16 yan 2025
Colossians 1:19
15 yan 2025
Psalms 119:25
14 yan 2025
John 14:28
13 yan 2025
Isaiah 26:3

İsa Məsih
Matta İncili Əhdi-Ətiq peyğəmbərliyini lütfün yeni dövrü ilə əlaqələndirərək, İsa Məsihi İsrailin vəd edilmiş…
Qurtuluş
İsa Məsihin könüllü olaraq çarmıxda ölməsinin dərin səbəblərini kəşf edin. Onun qurbanının günahlarınızın…
Yalançı Təlimlər
Kilsə daxilində bidətləri və bidətçiləri müəyyən etməyi öyrənin. Yalançı müəllimlərin Müqəddəs Yazıları necə…
İsa Məsih
İsa Məsih haqqında həqiqi həqiqəti araşdırın: Onun möcüzəvi doğulmasından və qədim peyğəmbərliklərdən tutmuş…
Məsih
Əhdi-Ətiq peyğəmbərliklərini araşdırın, İbrahimin nəslindən Beytlehemdə doğulmasına qədər Məsihi…

İsa Məsih
Matta İncili Əhdi-Ətiq peyğəmbərliyini lütfün yeni dövrü ilə əlaqələndirərək, İsa Məsihi İsrailin vəd edilmiş…

Qurtuluş
İsa Məsihin könüllü olaraq çarmıxda ölməsinin dərin səbəblərini kəşf edin. Onun qurbanının günahlarınızın…

Yalançı Təlimlər
Kilsə daxilində bidətləri və bidətçiləri müəyyən etməyi öyrənin. Yalançı müəllimlərin Müqəddəs Yazıları necə…
Qurtuluş
Allahın Quzusunun bütün ehtiyaclar üçün kifayət edən dərin təsirini araşdırın. Quzunun tək bir oğlandan…