21 yan 2025
Gündəlik İşıq, 22 yanvar: Mənim sağ əlimdən tutmusan
Gündəlik İşıq
«Əbədi, sonsuzadək Bu Allah bizim Allahımızdır. Ömrümüzün sonunadək O bizə yol göstərəcək!»
Zəbur 48:14
Ya Rəbb, Sən mənim Allahımsan, Səni ucaldıram, adına həmdlər oxuyuram. Çünki Sən qədimdən bəri möcüzələrini, niyyətlərini Sədaqətlə həyata keçirdin.
Yeşaya 25:1
Ya Rəbb, mənim qismətimsən, kasama düşən paysan.
Zəbur 16:5
Məni yenə də canlandırır, İsmi şərəfinə salehlik yolları ilə aparır. Ölüm kölgəsinin dərəsində gəzsəm belə, Şərdən qorxmaram, çünki Sən mənimləsən, Sənin əsan, Sənin dəyənəyin mənə təsəlli verir.
Zəbur 23:3–4
Mənim sağ əlimdən tutmusan. Nəsihətinlə mənə yol göstərirsən, Sonra məni şərəfə çatdıracaqsan. Göylərdə Səndən başqa kimim var? Yer üzündə də Səndən başqa heç nə istəmirəm. Cismim və ürəyim taqətdən düşsə belə, Daim, ey Allah, qəlbimin qüvvəti, nəsibimsən.
Zəbur 73:23–26
Bizim qəlbimiz Onda sevinc tapır, Müqəddəs isminə arxalanmışıq.
Zəbur 33:21
Rəbb mənə verdiyi vədə əməl edir. Ya Rəbb, məhəbbətin əbədidir. Öz əlinin işini tərk etmə!
Zəbur 138:8
Mən daxilən çox narahat olarkən Təsəlli verərək məni fərəhləndirirsən.
Zəbur 94:19
Mən dünyanın ucqarından Səni çağırıram. Sən məni əlçatmaz bir qayaya apar.
Zəbur 61:2
Ya Xudavənd, imdadıma çat, zülmə düşmüşəm!
Yeşaya 38:14
Sən qayğı yükünü Rəbbə ver, Qoy sənə dayaq olsun.
Zəbur 55:22
Ancaq mən çox cavanam, nə edib-etməyəcəyimi bilmirəm.
Bi̇ri̇nci̇ Padşahlar 3:7
Əgər sizlərdən birinin müdrikliyi çatışmırsa, hər kəsə səxavətlə və məzəmmət etmədən verən Allahdan diləsin və ona veriləcək.
Yaqub 1:5
Belə bir iş üçün kim yararlıdır?
2 Kori̇nfli̇lərə 2:16
Bilirəm ki, daxilimdə, yəni cismani təbiətimdə yaxşı bir şey yaşamır.
Romalilara 7:18
Lütfüm sənə kifayətdir, çünki zəiflik olanda qüvvə tam olur.
2 Kori̇nfli̇lərə 12:9
Cəsarətli ol, oğlum, günahların bağışlandı ... Cəsarətli ol, qızım, imanın səni xilas etdi.
Matta 9:2, 22
Sanki yağlı yeməklə canım tox olacaq ... Yatanda belə, Səni xatırlayıram, Gecə növbələrində Səni düşünürəm.
Zəbur 63:5–6
Müqəddəs Yazı seçimləri Gündəlik Yolda Gündəlik İşıqdan (ictimai domen tərtibatı).
Son günlər
Hamısına bax20 yan 2025
Yeşaya 9:6 · Yəhya 1:14
19 yan 2025
Həvari̇ləri̇n İşləri̇ 20:19 · Matta 20:26–28
18 yan 2025
Romalilara 5:14 · İbrani̇lərə 2:9
17 yan 2025
Yeşaya 38:17 · 1 Yəhya 4:9–10
16 yan 2025
Kolosseli̇lərə 1:19 · Yəhya 3:35
15 yan 2025
Zəbur 119:25 · Kolosseli̇lərə 3:1–3
