20 mar 2025
Gündəlik İşıq, 21 mart: Ayıq durun, oyaq olun (1 Peter 5:8)
Gündəlik İşıq
Oyaq ol və sağ qalıb ölmək üzrə olan nəyin varsa, onu möhkəmləndir.
Vəhy 3:2
Hər şeyin sonu yaxındır. Beləliklə, ağıllı-kamallı olun və dua etmək üçün ayıq durun.
1 Peter 4:7
Ayıq durun, oyaq olun. Çünki düşməniniz olan iblis nərildəyən və kimisə aşırmaq istəyən aslan kimi dolaşır.
1 Peter 5:8
Ancaq diqqətli olun. Gözünüzlə gördüklərinizi unutmamaq və ömür boyu yaddan çıxarmamaq üçün böyük səy göstərin. Bunları övladlarınıza.
Qanunun Təkrari 4:9
Amma saleh adamım imanla yaşayacaq. Əgər geri çəkilsə, ondan razı qalmayacağam». Bizsə geri çəkilib həlak olanlardan deyilik; iman edib canlarının xilasına nail olanlardanıq.
İbrani̇lərə 10:38–39
Sizə söylədiklərimi hamıya deyirəm, oyaq olun!
Mark 13:37
Qorxma, çünki Mən səninləyəm, Dəhşətə gəlmə, çünki Allahın Mənəm. Səni qüvvətləndirəcəyəm, Sənə kömək edəcəyəm. Sadiq sağ əlimlə Sənə dayaq olacağam. Çünki sənin sağ əlindən tutub Qorxma.
Yeşaya 41:10, 13
Məhəbbəti həmişəlik qurtardımı?
Zəbur 77:8
Çünki məhəbbəti əbədidir!
Zəbur 136:23
Rəbb hədsiz səbirli, bol məhəbbətli.
Saylar 14:18
Sağ qalan xalqının cəzasını aradan götürən ... Qəzəbini əbədi saxlamazsan, Çünki məhəbbət göstərməyi xoşlayırsan. Yenə bizə rəhm edib şər əməllərimizi siləcəksən, Bütün günahlarımızı Dənizin dərinliklərinə atacaqsan.
Mi̇keya 7:18–19
Bizim salehliklə etdiyimiz əməllərlə deyil, Öz mərhəmətinə görə bizi xilas etdi. Bunu bizi yumaqla.
Ti̇tə 3:5
Rəbbimiz İsa Məsihin Allahına – Atasına alqış olsun! O, rəhmli Ata və hər cür təsəlli verən Allahdır. Çəkdiyimiz hər bir əziyyətdə O bizə təsəlli verir ki, biz də Allahdan aldığımız təsəlli ilə hər cür əziyyət çəkənlərə təsəlli verə bilək.
2 Kori̇nfli̇lərə 1:3–4
Belə ki Allaha xidmətində mərhəmətli və sadiq Baş Kahin olub xalqının günahları üçün kəffarə edə bilsin. Çünki Özü sınağa çəkilib əzab çəkdiyi üçün sınağa çəkilənlərə kömək edə bilər.
İbrani̇lərə 2:17–18
Müqəddəs Yazı seçimləri Gündəlik Yolda Gündəlik İşıqdan (ictimai domen tərtibatı).
Son günlər
Hamısına bax19 mar 2025
Həvari̇ləri̇n İşləri̇ 3:26 · 1 Peter 1:3
18 mar 2025
Yeşaya 38:14 · Zəbur 6:1–10
17 mar 2025
Levi̇li̇lər 1:4 · 1 Peter 1:18–19
16 mar 2025
Yaqub 4:14 · Əyyub 9:25–26
15 mar 2025
İbrani̇lərə 2:10 · Matta 26:38–39
14 mar 2025
Ti̇tə 2:10 · Fi̇li̇pi̇li̇lərə 1:27
