Göylər Allahın əzəmətini bəyan edir, Göy qübbəsi əllərinin işini elan edir.
ZƏBUR 19:1
Gündəlik İşıq
Göylər Allahın əzəmətini bəyan edir, Göy qübbəsi əllərinin işini elan edir.
ZƏBUR 19:1
Göylər Rəbbin sözü ilə, Səma cisimləri Onun hökmü ilə yarandı.
ZƏBUR 33:6
Çünki nə söylədi, mövcud oldu, Nə əmr etdi, quruldu.
ZƏBUR 33:9
Rəbb üçün millətlər vedrədə bir damla su kimidir, Tərəzidə toz zərrəsi kimi sayılar, Budur, adaları da toz kimi göyə sovurar.
YEŞAYA 40:15
İman vasitəsilə dərk edirik ki, kainat Allahın kəlamı ilə yarandı, beləcə də görünən şeylər görünməyənlərdən törədi.
İBRANİLƏRƏ 11:3
Əllərinin işi olan göyləri, Öz yerinə düzdüyün ay və ulduzları gördükdə deyirəm: «İnsan kimdir ki, onun haqqında düşünürsən? Bəşər oğlu kimdir ki, onun qayğısını çəkirsən?»
ZƏBUR 8:3-4
Müqəddəs Yazı seçmələri Daily Light on the Daily Path-dan (ictimai mülkiyyət).
14 mar 2025
Titus 2:10
13 mar 2025
1 Timothy 2:5
12 mar 2025
Numbers 6:25-26
11 mar 2025
Numbers 6:24
10 mar 2025
Genesis 22:14
9 mar 2025
1 Timothy 6:17
8 mar 2025
Isaiah 38:17