Bəs mən nə edim? Ruhən də, şüurlu surətdə də dua edəcəyəm, ruhən də, şüurlu surətdə də ilahi oxuyacağam.
1 KORİNFLİLƏRƏ 14:15
Gündəlik İşıq
Bəs mən nə edim? Ruhən də, şüurlu surətdə də dua edəcəyəm, ruhən də, şüurlu surətdə də ilahi oxuyacağam.
1 KORİNFLİLƏRƏ 14:15
Şərabdan sərxoş olmayın, bu sizi mənəviyyatsızlığa aparır. Bunun əvəzinə Ruhla dolun. Bir-birinizə məzmurlar, ilahilər və ruhani nəğmələr oxuyun, Rəbbə ürəkdən nəğmələr çalıb-oxuyun.
EFESLİLƏRƏ 5:18-19
Qoy aranızda Məsihin kəlamı bütün zənginliyi ilə yaşasın. Bir-birinizə tam müdrikliklə təlim və nəsihət verin, məzmurlar, ilahilər və ruhani nəğmələr söyləyib ürəklərinizdə Allaha minnətdar ola-ola nəğmə oxuyun.
KOLOSSELİLƏRƏ 3:16
Mənim dilim Rəbbə həmd oxuyacaq, Qoy Onun müqəddəs isminə bütün bəşəriyyət əbədilik alqış etsin!
ZƏBUR 145:21
Rəbbə həmd edin! Allahımızı tərənnüm etmək nə qədər yaxşıdır! O buna layiqdir, Ona həmdlər söyləmək xoşdur!
ZƏBUR 147:1
Rəbbə şükür nəğməsi söyləyin, Allahımızı lira ilə tərənnüm edin!
ZƏBUR 147:7
Mən göydən gur suların sədasına və güclü göy gurultusuna bənzər bir səs eşitdim. Eşitdiyim səs çəng çalanların çənglərinin səsi kimi idi.
VƏHY 14:2
Müqəddəs Yazı seçmələri Daily Light on the Daily Path-dan (ictimai mülkiyyət).
15 mar 2025
Hebrews 2:10
14 mar 2025
Titus 2:10
13 mar 2025
1 Timothy 2:5
12 mar 2025
Numbers 6:25-26
11 mar 2025
Numbers 6:24
10 mar 2025
Genesis 22:14
9 mar 2025
1 Timothy 6:17