Həyat verən Ruhdur, cismani təbiətinsə heç faydası yoxdur. Sizə söylədiyim sözlər Ruh və həyat gətirir.
YƏHYA 6:63
Gündəlik İşıq
Həyat verən Ruhdur, cismani təbiətinsə heç faydası yoxdur. Sizə söylədiyim sözlər Ruh və həyat gətirir.
YƏHYA 6:63
O Öz iradəsinə görə həqiqət kəlamı ilə doğulmağımıza səbəb oldu ki, biz Onun yaratdıqlarının bir növ nübarı olaq.
YAQUB 1:18
O bizi Yeni Əhdin xidmətçiləri olmaq üçün qabiliyyətli etdi. Bu Yeni Əhd yazılı Qanuna deyil, Ruha əsaslanır. Çünki yazılı Qanun öldürür, Ruh isə həyat verir.
2 KORİNFLİLƏRƏ 3:6
Ey ərlər, Məsih imanlılar cəmiyyətini sevib onun uğrunda Özünü fəda etdiyi kimi siz də arvadlarınızı sevin. Məsih bunu ona görə etdi ki, cəmiyyəti su ilə yuyub kəlamla təmizləyərək təqdis etsin və beləcə onda ləkə, qırışıq yaxud başqa qüsur olmadan izzətli şəkildə, müqəddəs və nöqsansız olaraq Öz hüzuruna çıxarsın.
EFESLİLƏRƏ 5:25-27
Bir cavan yolunu necə təmiz saxlaya bilər? – Sənin sözlərinə bağlı qalmaqla.
ZƏBUR 119:9
Əzab çəkəndə bundan təsəlli tapıram ki, Kəlamın məni həyata qaytaracaq.
ZƏBUR 119:50
Sənə qarşı günah etməyim deyə Kəlamını qəlbimdə qoruyub saxlamışam.
ZƏBUR 119:11
Qaydalarından zövq alıram, Sözünü unutmuram.
ZƏBUR 119:16
Məni təhqir edənlərə layiqincə cavab verəcəyəm, Çünki Sənin sözlərinə güvənirəm.
ZƏBUR 119:42
Ağzından çıxan qanun mənim üçün Minlərlə qızıldan, gümüşdən daha qiymətlidir.
ZƏBUR 119:72
Qayda-qanunlarını heç vaxt unutmaram, Çünki onlarla məni həyata qaytarmısan.
ZƏBUR 119:93
Vədlərin damağıma necə də ləzzət verir! Onlar dilimdə baldan şirindir. Qayda-qanunlarına görə dərrakəliyəm, Buna görə hər yanlış yola nifrət edirəm.
ZƏBUR 119:103-104
Müqəddəs Yazı seçmələri Daily Light on the Daily Path-dan (ictimai mülkiyyət).
13 mar 2025
1 Timothy 2:5
12 mar 2025
Numbers 6:25-26
11 mar 2025
Numbers 6:24
10 mar 2025
Genesis 22:14
9 mar 2025
1 Timothy 6:17
8 mar 2025
Isaiah 38:17
7 mar 2025
Isaiah 54:5