19 mar 2025
Gündəlik İşıq, 20 mart: Kəlamının açıqlanması nur saçır
Gündəlik İşıq
Kəlamının açıqlanması nur saçır.
Zəbur 119:130
Məsihdən eşitdiyimiz və sizə elan etdiyimiz xəbər budur: Allah nurdur və Onda zərrə qədər də qaranlıq yoxdur.
1 Yəhya 1:5
Çünki «zülmətdən işıq parlayacaq» deyən Allah ürəyimizə nur saçdı ki, İsa Məsihin üzündən saçan Öz ehtişamını tanımağımızdan doğan nuru bizə versin.
2 Kori̇nfli̇lərə 4:6
Kəlam Allah idi. Həyat Onda idi və bu həyat insanların nuru idi.
Yəhya 1:1, 4
Amma O, nurda olduğu kimi biz də nurda gəziriksə, onda bir-birimizlə şərikliyimiz var və Onun Oğlu İsanın qanı bizi hər günahdan təmizləyir.
1 Yəhya 1:7
Sənə qarşı günah etməyim deyə Kəlamını qəlbimdə qoruyub saxlamışam.
Zəbur 119:11
Sizə söylədiyim söz sayəsində siz artıq təmizsiniz.
Yəhya 15:3
Siz də bir zamanlar zülmət idiniz, indi isə Rəbdə nursunuz. Ona görə də nur övladları kimi həyat sürün.
Efesli̇lərə 5:8
Amma siz seçilmiş nəsil, Padşahın kahin dəstəsi, müqəddəs millət, Allaha məxsus olan xalqsınız. Sizi qaranlıqdan Öz heyrətamiz nuruna çağıran Allahın çox gözəl işlərini elan etmək üçün seçilmisiniz.
1 Peter 2:9
Nuh saleh və öz nəsli arasında qüsursuz bir adam idi.
Yaradiliş 6:9
Çünki «saleh adam imanla yaşayacaq».
Qalati̇yalilara 3:11
Nuh Rəbbə bir qurbangah düzəltdi. O hər cür pak heyvandan və pak quşdan götürüb orada yandırma qurbanı təqdim etdi. Bundan Rəbbə xoş ətir qalxdı və Rəbb ürəyində dedi: «Cavanlığından bəri insan ürəyinin fikirlərinin həmişə pis olmasına baxmayaraq, insanlara görə bir daha yer üzünü lənətləməyəcəyəm.
Yaradiliş 8:20–21
Yer üzündə yaşayanların hamısı ona səcdə edəcək.
Vəhy 13:8
Imanla saleh sayıldığımız üçün Rəbbimiz İsa Məsih vasitəsilə Allahla barışmış oluruq.
Romalilara 5:1
Qanuna əməl etməklə heç bir insan Allahın önündə saleh sayılmayacaq. Çünki Qanun vasitəsilə günah dərk olunur. Amma indi Qanuna bağlı olmayaraq Allahdan gələn salehlik zahir olub. Buna Qanun da, Peyğəmbərlərin yazıları da şəhadət edir. Allahdan gələn bu salehlik İsa Məsihə iman vasitəsilə Ona iman gətirənlərin hamısına verilir. Heç kəsə fərq qoyulmur.
Romalilara 3:20–22
Rəbbimiz İsa Məsih vasitəsilə Allahla da fəxr edirik ki, indi Onun vasitəsilə Allahla barışığa nail olmuşuq.
Romalilara 5:11
Allahın seçdiyi adamları kim ittiham edə bilər? Onları saleh sayan Allahdır!
Romalilara 8:33
əvvəlcədən təyin etdiyi adamları da çağırdı; çağırdığı adamları da saleh saydı.
Romalilara 8:30
Müqəddəs Yazı seçimləri Gündəlik Yolda Gündəlik İşıqdan (ictimai domen tərtibatı).
Son günlər
Hamısına bax18 mar 2025
Yeşaya 38:14 · Zəbur 6:1–10
17 mar 2025
Levi̇li̇lər 1:4 · 1 Peter 1:18–19
16 mar 2025
Yaqub 4:14 · Əyyub 9:25–26
15 mar 2025
İbrani̇lərə 2:10 · Matta 26:38–39
14 mar 2025
Ti̇tə 2:10 · Fi̇li̇pi̇li̇lərə 1:27
13 mar 2025
1 Ti̇moteyə 2:5 · İbrani̇lərə 2:14
