Ona görə də Səmavi Atanız kamil olduğu kimi siz də kamil olun.
MATTA 5:48
Gündəlik İşıq
Ona görə də Səmavi Atanız kamil olduğu kimi siz də kamil olun.
MATTA 5:48
İbram doxsan doqquz yaşında olanda Rəbb ona görünərək dedi: «Külli-İxtiyar Allah Mənəm. Mənim yolumla get və kamil ol.
YARADILIŞ 17:1
Siz Mənim üçün müqəddəs olun, çünki Mən Rəbb müqəddəsəm. Mən sizi digər xalqlardan ayırdım ki, siz Mənim xalqım olasınız.
LEVİLİLƏR 20:26
çox baha qiymətə satın alınmısınız. Beləliklə, bədəninizlə Allaha izzət gətirin.
1 KORİNFLİLƏRƏ 6:20
Siz də Onda tamamlanmısınız. O hər başçının və hakimin Başıdır.
KOLOSSELİLƏRƏ 2:10
O Özünü bizim üçün fəda etdi ki, bizi hər cür qanunsuzluqdan satın alsın, təmizləyib Özünə məxsus və yaxşı işlərə səy göstərən bir xalq yaratsın.
TİTƏ 2:14
Buna görə, sevimlilər, madam ki bunları gözləyirsiniz, Allahın önündə ləkəsiz və nöqsansız olaraq sülh içində yaşamağa səy göstərin.
2 PETER 3:14
Nə bəxtiyardır öz yolunda kamil olanlar, Rəbbin qanununa görə yaşayanlar.
ZƏBUR 119:1
Lakin kamil qanuna, azadlıq qanununa diqqətlə baxıb ona bağlı qalan şəxs unutqan eşidən deyil, əməldə icraçıdır; belə adam öz işində nə bəxtiyardır!
YAQUB 1:25
Ey Allah, məni yoxla, qəlbimi öyrən, Sən məni sınaqdan keçirib bütün fikirlərimi bil. Gör qəlbimdə pisliyə yol verirəmmi? Əbədi yolda mənə rəhbər ol!
ZƏBUR 139:23-24
Müqəddəs Yazı seçmələri Daily Light on the Daily Path-dan (ictimai mülkiyyət).
2 may 2025
Genesis 28:16
1 may 2025
Galatians 5:22
30 apr 2025
1 John 2:5
29 apr 2025
1 Samuel 12:24
28 apr 2025
John 1:29
27 apr 2025
1 Corinthians 7:29
26 apr 2025
Song of Solomon 2:6