3 may 2025
Gündəlik İşıq, 4 may: Sən tumarı götürüb (Vəhy 5:9)
Gündəlik İşıq
Ah, Rəbbin əli qısa deyil ki, xilas edə bilməsin, Qulağı kar deyil ki, eşidə bilməsin.
Yeşaya 59:1
Səni çağıranda mənə cavab vermisən, Canıma taqət verib məni ürəkləndirmisən.
Zəbur 138:3
Hələ dua edərkən əvvəl görüntüdə gördüyüm insana bənzər mələk Cəbrayıl axşam qurbanı verilən vaxt cəld uçaraq yanıma gəldi.
Dani̇el 9:21
Üzünü məndən gizlətmə, Qulunu qəzəblə qovma. Mənə Sən kömək etmisən, Məni atma, tərk etmə, Ey məni qurtaran Allahım!
Zəbur 27:9
Ya Rəbb, uzaq durma, Ey mənim Qüdrətlim, dadıma tez çat!
Zəbur 22:19
“Ah Xudavənd Rəbb, böyük gücünlə və uzanan qolunla yeri, göyü yaratdın. Edə bilməyəcəyin heç bir şey yoxdur.
Yeremya 32:17
Allah bizi belə bir böyük ölüm təhlükəsindən qurtardı və qurtarmaqda davam edəcək. Ümidimizi Ona bağlamışıq.
2 Kori̇nfli̇lərə 1:10
Məgər Allah Öz seçdiklərini, gecə-gündüz Ondan imdad istəyənlərin haqqını qorumayacaqmı? Onları çox gözlədəcəkmi? Sizə bunu deyirəm: tezliklə onların haqqını qoruyacaq.
Luka 18:7–8
Mən yerinə yetirməyi tapşırdığın işi tamamlamaqla Səni yer üzündə izzətləndirdim.
Yəhya 17:4
Mənim yeməyim Məni Göndərənin iradəsini yerinə yetirmək, Onun işini tamamlamaqdır.
Yəhya 4:34
Nə qədər ki gündüzdür, Məni Göndərənin işlərini görməliyik. Tezliklə gecə gəlir, o zaman heç kim işləyə bilməz.
Yəhya 9:4
Məgər bilmirdiniz ki, Mən Atamın evində olmalıyam? Amma onlar Onun nə demək istədiyini başa düşmədilər.
Luka 2:49–50
Bu xəstəliyin nəticəsi ölüm yox, Allahın izzəti və Allah Oğlunun bununla izzət qazanması olacaq ... Axı Mən sənə söyləmədimmi, iman etsən, Allahın izzətini görəcəksən?
Yəhya 11:4, 40
İsa böyüyürdü və hikmətdə artırdı. O, Allahın və insanların qarşısında lütf qazanırdı.
Luka 2:52
Bu vaxt hamı Onun haqqında yaxşı sözlər deyirdi və Onun ağzından çıxan lütf dolu kəlmələrə heyrət edirdi. Onlar «Məgər bu, Yusifin Oğlu deyilmi?» deyirdi.
Luka 4:22
Sən tumarı götürüb Onun möhürlərini qırmağa layiqsən. Çünki Sən kəsildin Və hər tayfadan, dildən, xalqdan və millətdən olanları Allah üçün Öz qanın bahasına satın aldın. Onları Allahımızla birgə Padşahlığa və kahinliyə şərik etdin; Onlar da yer üzünə padşahlıq edəcək.
Vəhy 5:9–10
Müqəddəs Yazı seçimləri Gündəlik Yolda Gündəlik İşıqdan (ictimai domen tərtibatı).
Son günlər
Hamısına bax2 may 2025
Yaradiliş 28:16 · Matta 18:20
1 may 2025
Qalati̇yalilara 5:22 · Romalilara 8:6
30 apr 2025
1 Yəhya 2:5 · İbrani̇lərə 13:20–21
29 apr 2025
Bi̇ri̇nci̇ Şamuel 12:24 · Qanunun Təkrari 8:2
28 apr 2025
Yəhya 1:29 · İbrani̇lərə 10:4–7
27 apr 2025
1 Kori̇nfli̇lərə 7:29 · Əyyub 14:1–2
