4 may 2025
Gündəlik İşıq, 5 may: Nə içəcəyik? və ya Nə geyəcəyik?
Gündəlik İşıq
Nə yeyəcəyik?”, “Nə içəcəyik?” və ya “Nə geyəcəyik? deyə qayğı çəkməyin ... Doğrudan da, Səmavi Atanız bütün bunlara ehtiyacınız olduğunu bilir.
Matta 6:31–32
Ey Rəbbin müqəddəsləri, Rəbdən qorxun, Ondan qorxan heç nəyə möhtac qalmaz. Gənc aslanlar ac-yalavac qaldılar, Lakin Rəbbi axtaranlar Heç bir yaxşı şeydən korluq çəkməzlər.
Zəbur 34:9–10
Xeyirxahlığını düz yolla gedənlərdən əsirgəmir. Ey Ordular Rəbbi, Sənə güvənən nə bəxtiyardır!
Zəbur 84:11–12
Sizin qayğısız olmanızı istəyirəm.
1 Kori̇nfli̇lərə 7:32
Heç nəyin qayğısını çəkməyin, amma hər barədə xahişlərinizi Allaha dualarla, yalvarışlarla, şükür edə-edə bildirin.
Fi̇li̇pi̇li̇lərə 4:6
İki sərçə bir qara pula satılmırmı? Onlardan biri belə, Atanızın izni olmadan yerə düşməz. Sizin başınızdakı saçlar belə, sayılıb. Ona görə də qorxmayın, siz saysız-hesabsız sərçədən daha dəyərlisiniz.
Matta 10:29–31
Niyə qorxursunuz? Hələ imanınız yoxdurmu?
Mark 4:40
Allaha imanınız olsun.
Mark 11:22
Üzərlərinə örtük kimi bulud sərdi, Gecəni işıqlandırmaq üçün od göndərdi.
Zəbur 105:39
Ata övladlarına rəhm etdiyi kimi Rəbb də Ondan qorxanlara elə rəhm edir. Çünki necə yarandığımızı bilir, Torpaqdan düzəlməyimizi unutmur.
Zəbur 103:13–14
Gündüz günəşin ziyanı sənə dəyməz, Gecə ay da sənə zərər verməz.
Zəbur 121:6
Bu bir çardaq olub gündüz qızmar istidə kölgə olacaq, fırtına ilə yağışa qarşı sığınacaq və daldalanma yeri olacaq.
Yeşaya 4:6
Səni qoruyan Rəbdir, O, sağ tərəfindədir, sənə kölgədir. Rəbb gediş-gəlişini hifz edər İndidən sonsuza qədər.
Zəbur 121:5, 8
Rəbb onların qabağı ilə gündüz onlara yol göstərmək üçün bulud dirəyində, gecə isə onlara işıq vermək üçün od dirəyində gedirdi ki, gündüz də, gecə də gedə bilsinlər. Gündüzlər bulud dirəyi, gecələr isə od dirəyi xalqın önündən ayrılmadı.
Çixiş 13:21–22
İsa Məsih dünən, bu gün və əbədi olaraq eynidir.
İbrani̇lərə 13:8
Müqəddəs Yazı seçimləri Gündəlik Yolda Gündəlik İşıqdan (ictimai domen tərtibatı).
Son günlər
Hamısına bax3 may 2025
Matta 5:48 · Yaradiliş 17:1
2 may 2025
Yaradiliş 28:16 · Matta 18:20
1 may 2025
Qalati̇yalilara 5:22 · Romalilara 8:6
30 apr 2025
1 Yəhya 2:5 · İbrani̇lərə 13:20–21
29 apr 2025
Bi̇ri̇nci̇ Şamuel 12:24 · Qanunun Təkrari 8:2
28 apr 2025
Yəhya 1:29 · İbrani̇lərə 10:4–7
