Siz məhz bunun üçün çağırıldınız. Çünki Məsih də sizin üçün əzab çəkdi və sizə nümunə oldu ki, siz də Onun izi ilə gedəsiniz.
1 PETER 2:21
Gündəlik İşıq
Siz məhz bunun üçün çağırıldınız. Çünki Məsih də sizin üçün əzab çəkdi və sizə nümunə oldu ki, siz də Onun izi ilə gedəsiniz.
1 PETER 2:21
Çünki Bəşər Oğlu gəlmədi ki, Ona xidmət etsinlər, gəldi ki, Özü xidmət etsin və çoxlarını satın almaq üçün Öz canını fidyə versin».
MARK 10:45
Aranızda birinci olmaq istəyən hamının qulu olsun.
MARK 10:44
Allah Nazaretli İsanı Müqəddəs Ruhla və qüdrətlə məsh etdi. İsa xeyirxahlıq edərək hər yanı gəzib iblisin təzyiqinə məruz qalanların hamısını sağaltdı. Çünki Allah Ona yar idi.
HƏVARİLƏRİN İŞLƏRİ 10:38
Bir-birinizin yüklərini daşıyın və bu yolla Məsihin qanununu icra edin.
QALATİYALILARA 6:2
Yanınızda ürkək, lakin sizdən uzaq ikən cürətli olan mən Paul Məsihdən gələn həlimlik və mülayimliklə sizdən xahiş edir,
2 KORİNFLİLƏRƏ 10:1
Heç bir işi özünü göstərərək və ya lovğalıqla etməyin. Qoy hər biriniz itaətkarlıqda digərini özündən üstün saysın
FİLİPİLİLƏRƏ 2:3
Amma İsa deyirdi: «Ata! Onları bağışla, çünki nə etdiklərini bilmirlər». Onlar püşk ataraq paltarlarını aralarında bölüşdürdülər.
LUKA 23:34
Amma bir-birinizə qarşı xeyirxah, rəhmli olun və Allah Məsihdə sizi bağışladığı kimi siz də bir-birinizi bağışlayın.
EFESLİLƏRƏ 4:32
Kim Onda qaldığını deyirsə, İsa Məsihin həyat sürdüyü kimi həyat sürməlidir.
1 YƏHYA 2:6
Gözümüzü imanımızın Banisi və Kamilləşdiricisi olan İsaya dikək. O, qarşısına qoyulan sevincə görə rüsvayçılığı heç sayıb çarmıxa çəkilməyə tab gətirdi və Allahın taxtının sağında oturdu.
İBRANİLƏRƏ 12:2
Müqəddəs Yazı seçmələri Daily Light on the Daily Path-dan (ictimai mülkiyyət).
20 iyn 2025
Exodus 2:9
19 iyn 2025
Hebrews 12:14
18 iyn 2025
Exodus 25:21-22
17 iyn 2025
Philippians 4:6
16 iyn 2025
Ephesians 5:15-16
15 iyn 2025
Deuteronomy 29:29
14 iyn 2025
Philippians 3:10