Çünki Rəbb hikmət verir, Onun ağzından bilik və dərrakə çıxır.
SÜLEYMANIN MƏSƏLLƏRİ 2:6
Gündəlik İşıq
Çünki Rəbb hikmət verir, Onun ağzından bilik və dərrakə çıxır.
SÜLEYMANIN MƏSƏLLƏRİ 2:6
Bütün qəlbinlə Rəbbə güvən, Öz idrakına etibar etmə.
SÜLEYMANIN MƏSƏLLƏRİ 3:5
Əgər sizlərdən birinin müdrikliyi çatışmırsa, hər kəsə səxavətlə və məzəmmət etmədən verən Allahdan diləsin və ona veriləcək.
YAQUB 1:5
Allah isə müdrikləri utandırmaq üçün dünyanın ağılsız saydıqları, güclüləri utandırmaq üçün dünyanın zəif saydıqları,
1 KORİNFLİLƏRƏ 1:27
Allahın qarşısında heç bir insan öyünməsin.
1 KORİNFLİLƏRƏ 1:29
Kəlamının açıqlanması nur saçır, Hər nadanı ağıllandırır.
ZƏBUR 119:130
Sənə qarşı günah etməyim deyə Kəlamını qəlbimdə qoruyub saxlamışam.
ZƏBUR 119:11
Bu vaxt hamı Onun haqqında yaxşı sözlər deyirdi və Onun ağzından çıxan lütf dolu kəlmələrə heyrət edirdi. Onlar «Məgər bu, Yusifin Oğlu deyilmi?» deyirdi.
LUKA 4:22
Mühafizəçilər cavab verdilər: «Hələ indiyəcən heç bir insan belə danışmayıb».
YƏHYA 7:46
Amma siz Allahın sayəsində Məsih İsadasınız. O bizim üçün ilahi müdriklik, salehlik, müqəddəslik və satınalınma oldu.
1 KORİNFLİLƏRƏ 1:30
Müqəddəs Yazı seçmələri Daily Light on the Daily Path-dan (ictimai mülkiyyət).
18 fev 2026
Jeremiah 17:17
17 fev 2026
Leviticus 4:12
16 fev 2026
Song of Solomon 1:3
15 fev 2026
Proverbs 20:9
14 fev 2026
Matthew 3:15
13 fev 2026
Ezekiel 1:26
12 fev 2026
Malachi 3:17