Məni dəhşətə salma, Fəlakət günündə sığınacağım Sənsən.
YEREMYA 17:17
Gündəlik İşıq
Məni dəhşətə salma, Fəlakət günündə sığınacağım Sənsən.
YEREMYA 17:17
Çoxları deyir: «Kim bizə yaxşılıq edəcək?» Ya Rəbb, üzünün nurunu üstümüzə sal.
ZƏBUR 4:6
Mən isə Sənin qüdrətini tərənnüm edəcəyəm, Sübh tezdən məhəbbətini mədh edəcəyəm. Çünki Sən mənə qala olmusan, Dar günümdə mənim pənahımsan.
ZƏBUR 59:16
Dinclik tapanda dedim: «Əsla sarsılmaram».
ZƏBUR 30:6
Ya Rəbb, Səni çağırdım, Xudavəndə belə yalvardım: «Qanımı töküb qəbirə düşsəm, Sənə fayda verərmi? Torpaq Sənə şükür edə bilərmi, Sədaqətini elan edə bilərmi? Ya Rəbb, dinlə, mənə lütf et, Ya Rəbb, köməyimə çat».
ZƏBUR 30:8-10
Bir anlığa səni tərk etdim, Amma böyük rəhmlə geri qəbul edəcəyəm. Bir anlığa qızğın qəzəblə səndən üzümü döndərdim, Lakin əbədi məhəbbətimlə sənə rəhm edəcəyəm». Bunu səni Satınalan, Rəbb deyir.
YEŞAYA 54:7-8
Doğrusunu, doğrusunu sizə deyirəm: siz ağlayıb nalə çəkəcəksiniz, dünya isə sevinəcək; siz kədərlənəcəksiniz, amma kədəriniz sevincə dönəcək.
YƏHYA 16:20
Çünki qəzəbi bir anlıq olur, Lütfü isə ömür boyu qalır. Kimin bir gecə gözündən yaş tökülərsə, Onun üçün sübh tezdən sevinc doğar.
ZƏBUR 30:5
Müqəddəs Yazı seçmələri Daily Light on the Daily Path-dan (ictimai mülkiyyət).
17 fev 2026
Leviticus 4:12
16 fev 2026
Song of Solomon 1:3
15 fev 2026
Proverbs 20:9
14 fev 2026
Matthew 3:15
13 fev 2026
Ezekiel 1:26
12 fev 2026
Malachi 3:17
11 fev 2026
Malachi 3:16