16 fev 2026
Gündəlik İşıq, 17 fevral: Əsgərlər İsanı götürüb apardılar
Gündəlik İşıq
Hər qalan hissəsini düşərgədən kənara çıxarıb kül tökülən pak bir yerə atsın və orada odunla yandırsın.
Levi̇li̇lər 4:12
Əsgərlər İsanı götürüb apardılar. İsa çarmıxını Özü daşıyaraq ibranicə Qolqota, yəni «Kəllə yeri» adlanan yerə çıxdı.
Yəhya 19:16–17
Çünki baş kahin günah qurbanı olan heyvanların qanını Müqəddəs yerə gətirir, cəsədləri isə düşərgənin kənarında yandırılır. Bunun kimi İsa da Öz qanı ilə xalqı təqdis etmək üçün şəhər darvazasının kənarında əzab çəkdi. Buna görə Onun gördüyü təhqiri daşıyaraq düşərgənin kənarına çıxıb Onun yanına gedək.
İbrani̇lərə 13:11–13
Əzablarına şərikliyi də dərk edim və Onun ölümündə Ona bənzəyim ki.
Fi̇li̇pi̇li̇lərə 3:10
Əksinə, Məsihin əzablarına nə qədər şərik olursunuzsa, o qədər sevinin ki, Onun izzətli zühurunda hədsiz sevinəsiniz.
1 Peter 4:13
Çünki müvəqqəti, yüngül əziyyətlərimiz bizə heç bir şeylə müqayisə edilməz dərəcədə böyük və əbədi izzət qazandırır.
2 Kori̇nfli̇lərə 4:17
Allah insanı Öz surətində yaratdı.
Yaradiliş 1:27
Demək biz Allahın nəslindən olduğumuza görə belə düşünmək olmaz ki, İlahi Varlıq insan layihəsi və istedadı ilə yaranan qızıl, gümüş yaxud daşdan düzəldilən bir şeyə bənzəyir.
Həvari̇ləri̇n İşləri̇ 17:29
Lakin mərhəməti bol olan Allah bizi böyük məhəbbətlə sevdiyi üçün təqsirlərimiz üzündən ölü olduğumuz halda bizə Məsihlə birlikdə həyat verdi. ... Çünki biz Allahın yaratdığı əsərlərik, əvvəlcədən hazırladığı yaxşı əməllərinə görə həyat sürmək üçün Məsih İsada yaradıldıq.
Efesli̇lərə 2:4–5, 10
Çünki Allah qabaqcadan tanıdığı adamları Öz Oğlunun surətinə uyğunlaşmaq üçün əvvəlcədən təyin etdi ki, O, çoxlu qardaş arasında ilk doğulan olsun.
Romalilara 8:29
Lakin bilirik ki, Məsih zühur edəndə biz Ona bənzəyəcəyik, çünki Onu olduğu kimi görəcəyik.
1 Yəhya 3:2
Oyananda Səni görməklə doyacağam.
Zəbur 17:15
Qalib gələn bunları irs alacaq; “Mən ona Allah, o isə Mənə oğul olacaq”.
Vəhy 21:7
Əgər Onun övladlarıyıqsa, deməli, həm də varisləriyik. Əgər Məsihin izzətinə şərik olmaq üçün Onun çəkdiyi əzablara şərik oluruqsa, Allahın varisləri və Məsihin irs şəriki oluruq.
Romalilara 8:17
Müqəddəs Yazı seçimləri Gündəlik Yolda Gündəlik İşıqdan (ictimai domen tərtibatı).
Son günlər
Hamısına bax15 fev 2026
Süleymanin Məsəlləri̇ 20:9 · Zəbur 14:2–3
14 fev 2026
Matta 3:15 · Zəbur 40:8
13 fev 2026
Yezekel 1:26 · 1 Ti̇moteyə 2:5
12 fev 2026
Malaki̇ 3:17 · Yəhya 17:6
11 fev 2026
Malaki̇ 3:16 · Luka 24:15
10 fev 2026
Luka 11:34 · 1 Kori̇nfli̇lərə 2:14
