17 mar 2026
Gündəlik İşıq, 18 mart: Göyə baxmaqdan gözlərim yoruldu
Gündəlik İşıq
Göyə baxmaqdan gözlərim yoruldu.
Yeşaya 38:14
Ya Rəbb, mənə rəhm et, Çünki taqətim qalmayıb. Mənə şəfa ver, ya Rəbb, Sümüklərim sızlayır. Canıma vəlvələ düşüb. Ya Rəbb, bu nə vaxtadək olacaq? Ya Rəbb, gəl, mənə kömək et, Məhəbbətin naminə məni xilas et!
Zəbur 6:2–4
Köksümdəki ürəyim sancır, Düşdüyüm dəhşət ölümdən betərdir. Mənə qorxu və titrətmə gəlib, Canımı vicvicə bürüyüb. Dedim: «Kaş göyərçin kimi qanadlarım olaydı, Uçub rahatlıq tapaydım.
Zəbur 55:4–6
Çünki Allahın iradəsini yerinə yetirib vəd olunan şeyi almaq üçün sizin tab gətirməyə ehtiyacınız var.
İbrani̇lərə 10:36
İsa göyə qalxanda onlar səmaya baxırdılar. Elə həmin an ağ libaslı iki kişi onların yanında peyda olub soruşdu: «Ey Qalileyalılar, niyə səmaya baxa-baxa qalmısınız? Aranızdan götürülüb göyə qaldırılan İsanın aparıldığını necə gördünüzsə, elə də qayıdacaq».
Həvari̇ləri̇n İşləri̇ 1:10–11
Bizsə səma vətəndaşlarıyıq və oradan Xilaskar olan Rəbb İsa Məsihi həvəslə gözləyirik.
Fi̇li̇pi̇li̇lərə 3:20
Bu ərəfədə bəxtiyarlıq gətirən ümidimizin gerçəkləşməsini, ulu Allah və Xilaskarımız İsa Məsihin izzətinin zühurunu gözləyək.
Ti̇tə 2:13
Alınlarında Onun adını daşıyacaqlar.
Vəhy 22:4
Yaxşı çoban Mənəm. Necə ki Ata Məni tanıyır və Mən Atanı tanıyıram, eləcə də özümünküləri tanıyıram, özümünkülər də Məni tanıyır.
Yəhya 10:14
Lakin Allahın atdığı möhkəm təməl bu sözlərlə möhürlənib durur: «Rəbb Özününküləri tanıyır» və «Rəbbin adını ağzına alan hər kəs haqsızlıqdan uzaqlaşsın».
2 Ti̇moteyə 2:19
Rəbb xeyirxahdır, dar gündə sığınacaqdır, Ona güvənənləri tanıyır.
Nahum 1:7
«Biz Allahımızın qullarının alnını möhürləyənə qədər quruya, dənizə və ağaclara ziyan vurmayın».
Vəhy 7:3
Xilasınızın Müjdəsini eşidib Məsihə iman edən zaman siz də vəd olunmuş Müqəddəs Ruhla Onda möhürləndiniz. Müqəddəs Ruh Allaha məxsus olanların satın alınmasından ötrü irsimiz üçün qoyulan girovdur.
Efesli̇lərə 1:13–14
Bizi sizlərlə birlikdə Məsihə möhkəm bağlayan və bizi məsh edən Allahdır. O bizi möhürlədi və Ruhunu qəlbimizdə girov qoydu.
2 Kori̇nfli̇lərə 1:21–22
Onun üzərinə Allahımın adını, Allahıma məxsus şəhərin, yəni göydən, Allahımın yanından enən yeni Yerusəlimin adını və Öz yeni adımı yazacağam.
Vəhy 3:12
O, ‹Rəbb salehliyimizdir› deyə çağırılacaq”.
Yeremya 33:16
Müqəddəs Yazı seçimləri Gündəlik Yolda Gündəlik İşıqdan (ictimai domen tərtibatı).
Son günlər
Hamısına bax16 mar 2026
Yaqub 4:14 · Əyyub 9:25–26
15 mar 2026
İbrani̇lərə 2:10 · Matta 26:38–39
14 mar 2026
Ti̇tə 2:10 · Fi̇li̇pi̇li̇lərə 1:27
13 mar 2026
1 Ti̇moteyə 2:5 · İbrani̇lərə 2:14
12 mar 2026
Saylar 6:25–26 · Yəhya 1:18
11 mar 2026
Saylar 6:24 · Süleymanin Məsəlləri̇ 10:22
