21 may 2024
Gündəlik İşıq, 22 may: Aranızda sülh qoyub gedirəm
Gündəlik İşıq
Aranızda sülh qoyub gedirəm, Öz sülhümü sizə verirəm. Mən onu sizə dünyanın verdiyi kimi vermirəm.
Yəhya 14:27
Dünya və ondakı ehtiraslar keçib-gedir.
1 Yəhya 2:17
Əlbəttə, insan kölgə kimi dolaşır, Həqiqətən, o boş yerə çarpışır, Var-dövlət yığır, kimə qalacağını bilmir.
Zəbur 39:6
Bəs o zaman nə bəhrə götürdünüz? İndi artıq o şeylərdən utanırsınız. Axı onların axırı ölümdür.
Romalilara 6:21
Marta, Marta, sən çox şeyin qayğısını çəkib təlaşa düşürsən. Yalnız bir şey lazımdır. Məryəm yaxşısını seçdi. Bu da onun əlindən alınmayacaq.
Luka 10:41–42
Sizin qayğısız olmanızı istəyirəm.
1 Kori̇nfli̇lərə 7:32
Məndə sülhünüz olsun deyə bunları sizə söylədim. Dünyada əziyyətiniz var, amma cəsarətli olun! Mən dünyaya qalib gəldim.
Yəhya 16:33
Sülh qaynağı olan Rəbbin Özü isə sizə hər zaman və hər vəziyyətdə sülh versin!
2 Saloni̇kli̇lərə 3:16
“Qoy Rəbb sənə xeyir-dua verib səni qorusun; Rəbb Öz nurlu üzünü sənə göstərərək lütf versin. Rəbb üzünü sənə tərəf çevirsin, sənə sülh versin”.
Saylar 6:24–26
Beləcə Ruh da bizə zəif olarkən kömək edir.
Romalilara 8:26
Lakin Vəsatətçi – Atanın Mənim adımla göndərəcəyi Müqəddəs Ruh hər şeyi sizə öyrədəcək və söylədiyim bütün sözləri yadınıza salacaq.
Yəhya 14:26
Məgər bilmirsiniz ki, bədəniniz Allahdan aldığınız, sizdə yaşayan Müqəddəs Ruhun məbədidir?
1 Kori̇nfli̇lərə 6:19
Çünki sizdə fəaliyyət göstərən Allahdır, belə ki Onun xoş məramını həm istəyəsiniz.
Fi̇li̇pi̇li̇lərə 2:13
Biz nə üçün və necə dua etmək lazım olduğunu bilmirik, lakin Ruh Özü dillə deyilməyən ahlarla vəsatətçilik edir. Ürəkləri sınayan Allah da Ruhun nə düşündüyünü bilir, çünki Ruh Allahın iradəsinə görə müqəddəslər üçün vəsatətçilik edir.
Romalilara 8:26–27
Çünki necə yarandığımızı bilir, Torpaqdan düzəlməyimizi unutmur.
Zəbur 103:14
Əzilmiş qamışı qırmayacaq, Tüstülənən piltəni söndürməyəcək.
Yeşaya 42:3
Ruh həvəsli, cisim isə gücsüzdür.
Matta 26:41
Rəbb mənim çobanımdır, möhtac olmaram. O məni yaşıl çəmənlərdə dincəldir, Sakit axan sular kənarında gəzdirir.
Zəbur 23:1–2
Müqəddəs Yazı seçimləri Gündəlik Yolda Gündəlik İşıqdan (ictimai domen tərtibatı).
Son günlər
Hamısına bax20 may 2024
1 Ti̇moteyə 4:16 · 1 Kori̇nfli̇lərə 9:25–27
19 may 2024
Zəbur 51:2 · Yeremya 33:8
18 may 2024
Yəhya 5:26 · 2 Ti̇moteyə 1:10
17 may 2024
Yezekel 20:19 · 1 Yəhya 2:6
16 may 2024
Romalilara 1:1 · Yəhya 13:13
15 may 2024
Vəhy 21:4 · Yeşaya 25:8
