1 apr 2024
Gündəlik İşıq, 2 aprel: Atadan başqa heç kim bilmir
Gündəlik İşıq
Əgər bütün qəlbinizlə Rəbbə dönürsünüzsə, yad allahları, Aştoret bütlərini atıb ürəyinizi Rəbbə verin və yalnız Ona qulluq edin.
Bi̇ri̇nci̇ Şamuel 7:3
Ey övladlar, özünüzü bütlərdən qoruyun!
1 Yəhya 5:21
Ona görə «aralarından çıxıb ayrılın» Rəbb belə deyir, «Murdar şeylərə toxunmayın»; «Mən də sizi qəbul edəcəyəm». «Mən sizə Ata olacağam, Siz də Mənə oğullar və qızlar olacaqsınız» Külli-İxtiyar Rəbb belə deyir.
2 Kori̇nfli̇lərə 6:17–18
Həm də sərvətə qulluq edə bilməzsiniz.
Matta 6:24
Başqa allahlara səcdə etməyin, çünki Rəbbin adı qısqancdır, O, həqiqətən, qısqanc Allahdır.
Çixiş 34:14
Səmimi qəlbdən və həvəslə Ona qulluq et, çünki Rəbb bütün ürəkləri sınayır və ağılların bütün istəklərini bilir. Əgər Onu axtarsan.
Bi̇ri̇nci̇ Salnamələr 28:9
Sənsə ürəkdə düzlüyün olmasını istəyirsən, Mənə daxilən hikmət öyrət.
Zəbur 51:6
Çünki insan zahirə, Rəbb isə ürəyə baxar.
Bi̇ri̇nci̇ Şamuel 16:7
Ey sevimlilər, əgər ürəyimiz bizi məhkum etmirsə, demək, Allahın hüzurunda cəsarətlə danışa bilərik.
1 Yəhya 3:21
Bəs Bəşər Oğlu gələndə yer üzündə iman tapacaqmı?
Luka 18:8
Öz diyarına gəldi, amma soydaşları Onu qəbul etmədi.
Yəhya 1:11
Ruh aydın şəkildə deyir ki, gələcəkdə bəziləri imandan dönəcək.
1 Ti̇moteyə 4:1
Allahın kəlamını vəz edəsən, hansı vaxt olursa-olsun hazır olasan, insanlara tam səbirlə təlim öyrədərək məzəmmət, xəbərdarlıq və nəsihət verəsən. Çünki elə bir zaman gələcək ki, sağlam təlimə dözməyəcəklər. Qulaq oxşayan sözlər eşitmək üçün ətraflarına öz ehtiraslarına uyğun müəllimlər toplayacaqlar. Qulaqlarını həqiqətdən döndərəcək, əfsanələrə meyl göstərəcəklər.
2 Ti̇moteyə 4:2–4
Lakin o günü və o saatı nə səmadakı mələklər, nə də Oğul bilir. Atadan başqa heç kim bilmir. Ehtiyatlı olun, oyaq olun. Çünki bilmirsiniz ki, o an nə vaxt gələcək.
Mark 13:32–33
Nə bəxtiyardır o qullar ki, ağa qayıdanda onları oyaq görür!
Luka 12:37
Bu ərəfədə bəxtiyarlıq gətirən ümidimizin gerçəkləşməsini, ulu Allah və Xilaskarımız İsa Məsihin izzətinin zühurunu gözləyək.
Ti̇tə 2:13
Müqəddəs Yazı seçimləri Gündəlik Yolda Gündəlik İşıqdan (ictimai domen tərtibatı).
Son günlər
Hamısına bax31 mar 2024
Fi̇li̇pi̇li̇lərə 4:19 · Matta 6:33
30 mar 2024
Yaradiliş 24:63 · Zəbur 19:14
29 mar 2024
Matta 25:34 · Luka 12:32
28 mar 2024
Yeşua 1:18 · Zəbur 27:1
27 mar 2024
Süleymanin Məsəlləri̇ 11:18 · Matta 25:19–21
26 mar 2024
Matta 2:14–15 · Romalilara 6:16
