Gideon orada Rəbbə bir qurbangah düzəltdi və onun adını Yahve-Şalom qoydu. Bu qurbangah bu günə qədər Aviezerlilərin Ofra şəhərindədir.
HAKİMLƏR 6:24
Gündəlik İşıq

Gideon orada Rəbbə bir qurbangah düzəltdi və onun adını Yahve-Şalom qoydu. Bu qurbangah bu günə qədər Aviezerlilərin Ofra şəhərindədir.
HAKİMLƏR 6:24
Sənin bir oğlun olacaq. O, dinc yaşayacaq, onu ətrafındakı bütün düşmənlərindən qoruyacağam. Onun adı Süleyman olacaq. Onun dövründə İsrailə sülh və əmin-amanlıq verəcəyəm.
BİRİNCİ SALNAMƏLƏR 22:9
Cənub mələkəsi qiyamət günündə bu nəsillə birgə qalxıb onu məhkum edəcək. Çünki mələkə Süleymanın hikmətli sözlərini dinləmək üçün yer üzünün ucqarlarından gəlmişdi. Budur, Süleymandan daha böyük Olan buradadır.
MATTA 12:42
Çünki bizim üçün körpə doğuldu, Bizə oğul verildi, Hakimiyyət onun çiyinləri üzərində olacaq, Onun adı Ecazkar Məsləhətçi, Qüdrətli Allah, Əbədi Ata, Sülh Hökmdarı olacaq.
YEŞAYA 9:6
Xalqım əmin-amanlıq içində evlərində, Təhlükəsiz məskəndə, rahat yerlərdə yaşayacaq. Dolu meşələrə düşsə də, Şəhər yerlə yeksan olsa da,
YEŞAYA 32:18-19
Çünki Məsih Özü barışığımızdır. O hər iki tərəfi bir etdi və bizi bir-birimizdən ayıran səddi, yəni ədavəti Öz cismi ilə yıxdı.
EFESLİLƏRƏ 2:14
Xalq onun bəxş etdiyi sülhlə yaşayacaq. Əgər Aşşurlular ölkəmizə gələrsə, Qalalarımıza ayaq açarlarsa, Onlara qarşı başçılarımız – Xalqımızdan olan çoxlu rəhbərlərimiz çıxar.
MİKEYA 5:5
Onlar Quzu ilə döyüşəcəklər, lakin Quzu onlara qalib gələcək. Çünki O, ağaların Ağası, padşahların Padşahıdır və Onunla birgə olanlar da çağırılmış, seçilmiş və sadiq şəxslərdir».
VƏHY 17:14
Aranızda sülh qoyub gedirəm, Öz sülhümü sizə verirəm. Mən onu sizə dünyanın verdiyi kimi vermirəm. Qoy ürəyiniz təlaşa düşməsin və qorxmayın.
YƏHYA 14:27
Müqəddəs Yazı seçmələri Daily Light on the Daily Path-dan (ictimai mülkiyyət).
31 mar 2024
Philippians 4:19
30 mar 2024
Genesis 24:63
29 mar 2024
Matthew 25:34
28 mar 2024
Joshua 1:18
27 mar 2024
Proverbs 11:18
26 mar 2024
Matthew 2:14-15
25 mar 2024
Hebrews 13:5-6
Məsih
Əhdi-Ətiq peyğəmbərliklərini araşdırın, İbrahimin nəslindən Beytlehemdə doğulmasına qədər Məsihi…

Ailə
Ailə münaqişələrini həll etmək üçün Müqəddəs Kitab texnikalarını öyrənin, hörmətə, qiymətləndirməyə və kin…
Sevgi
Bu məqalə aqape, yəni "baş sevgisi"ni, Allahın bizi sevdiyi kimi, şərtsiz sevmək seçimi kimi araşdırır.
Allahın Krallığı
Allahın krallığının ruhani təbiətini, onun tarixi kontekstini və xristianların təbəə kimi necə yaşamalı…

Ailə
Ailə münaqişələrini həll etmək üçün Müqəddəs Kitab texnikalarını öyrənin, hörmətə, qiymətləndirməyə və kin…
Ruhani İnkişaf
Bu on iki dərin sualla ruhani səyahətiniz üzərində düşünün. Allahla olan əlaqənizi qiymətləndirin…
Evlilik
Sevgi, sevinc və sülh kimi Ruhun doqquzqat meyvəsinin evliliyinizi necə gücləndirə biləcəyini araşdırın.