“Mən Sodomla Homorranı necə dağıtdımsa, sizdən bəzilərini də elə məhv etdim. Siz oddan götürülən odun kimi sağ qaldınız. Lakin yenə Mənə tərəf dönmədiniz” Rəbb belə bəyan edir.
AMOS 4:11
Gündəlik İşıq

“Mən Sodomla Homorranı necə dağıtdımsa, sizdən bəzilərini də elə məhv etdim. Siz oddan götürülən odun kimi sağ qaldınız. Lakin yenə Mənə tərəf dönmədiniz” Rəbb belə bəyan edir.
AMOS 4:11
Siondakı günahkarlar dəhşətə, Allahsızlar lərzəyə gəldi: «Hər şeyi məhv edən alovun yanında hansımız yaşaya bilərik? Əbədi yanan atəşin yanında hansımız dayana bilərik?»
YEŞAYA 33:14
Daxilən hiss etdik ki, ölümə məhkum olmuşuq. Amma bu özümüzə deyil, ölüləri dirildən Allaha güvənməyimiz üçün başımıza gəldi. Allah bizi belə bir böyük ölüm təhlükəsindən qurtardı və qurtarmaqda davam edəcək. Ümidimizi Ona bağlamışıq
2 KORİNFLİLƏRƏ 1:9-10
Çünki günahın əvəzi ölümdür, Allahın ənamı isə Rəbbimiz Məsih İsada olan əbədi həyatdır.
ROMALILARA 6:23
Var olan Allahın əlinə düşmək dəhşətdir!
İBRANİLƏRƏ 10:31
Demək, Rəbdən qorxmanın nə olduğunu anladığımız üçün insanları inandırmağa çalışırıq. Allaha bizim kim olduğumuz aşkardır və ümidvaram ki, sizin vicdanınıza da aşkardır.
2 KORİNFLİLƏRƏ 5:11
Allahın kəlamını vəz edəsən, hansı vaxt olursa-olsun hazır olasan, insanlara tam səbirlə təlim öyrədərək məzəmmət, xəbərdarlıq və nəsihət verəsən.
2 TİMOTEYƏ 4:2
İsa Məsihin qulu, Yaqubun qardaşı mən Yəhudadan Ata Allahın sevdiyi, İsa Məsih üçün qorunmuş olan çağırılanlara salam! Mərhəmət, sülh və məhəbbət sizə bol-bol verilsin! Sevimlilər, ümumi xilasımızla bağlı sizə yazmağa çox səy göstərirdim. Bu arada müqəddəslərə ilk və son dəfə əmanət edilən iman uğrunda mübarizə aparmağa sizi həvəsləndirmək üçün sizə yazmağı özümə borc bildim. Çünki Allahımızın lütfünü pozğunluq üçün bəhanələrə çevirən, yeganə Pərvərdigarı – Rəbbimiz İsa Məsihi inkar edən bəzi allahsız adamlar gizlicə aranıza girdilər. Onların mühakiməyə uğrayacaqları çoxdan yazılmışdır. Bütün bunları bildiyiniz halda sizə xatırlatmaq istəyirəm ki, ilk və son dəfə xalqı Misirdən xilas edən Rəbb sonra iman etməyənləri məhv etdi. Öz başçılıqlarını saxlamayan, məskunlaşdığı yerləri tərk edən mələkləri də böyük qiyamət günü üçün əbədi zəncirlərlə bağlayaraq zülmətdə saxlamışdı. Sodom, Homorra və ətrafdakı şəhərlər də özlərini buna bənzər tərzdə cinsi əxlaqsızlığa və qeyri-təbii münasibətlərə təslim etdilər; sonra bu şəhərlər əbədi odla yandırılma cəzasını çəkərək bir nümunə oldu. Eyni şəkildə aranıza girən bu röyagörənlər də öz cismini murdar edir, ağalığı rədd edir, ehtişamlı varlıqlara şər atırlar. Hətta baş mələk Mikael də Musanın cəsədi barəsində iblisin əleyhinə çıxıb ona şər söyləyərək hökm verməyə cəsarət etmədi, ancaq «Qoy Rəbb sənə qadağan etsin!» dedi. Amma bu adamlar başa düşmədikləri hər şeyə şər atırlar. Onlar dərrakəsiz heyvanlar kimi qeyri-iradi surətdə nə anlayırlarsa, bunlarla məhv olurlar. Vay onların halına! Çünki onlar Qabilin yolu ilə getdilər. Qazanca görə özlərini Bilamın yalanına düçar etdilər. Qorah kimi üsyan qaldırdıqları üçün həlak oldular. Belə adamlar sizin məhəbbət süfrələrinizi ləkələyirlər. Onlar sizinlə birlikdə yeyib-içərək qorxmadan özlərini bəsləyirlər. Bunlar küləklərin tərpətdiyi susuz buludlardır. Payızda meyvə vermədiyi üçün kökündən qoparılmış və iki dəfə ölmüş ağaclardır. Öz xəcalətini köpük kimi sovuran şiddətli dəniz dalğalarıdır. Səyyar ulduzlardır ki, onlar üçün Allah qatı qaranlığı əbədi saxlayır. Adəmlə birlikdə yeddinci nəsil sayılan Xanok da bu adamlara aid peyğəmbərlik edərək demişdir: «Budur, Rəbb saysız-hesabsız müqəddəs mələkləri ilə gəldi ki, hamını mühakimə etsin və Allaha qarşı gördükləri allahsız işlər və allahsız günahkarların Özünə qarşı inadkarcasına dedikləri bütün sözlər üçün məhkum etsin». Bu adamlar deyinərək öz talelərindən gileylənirlər. Onlar öz ehtiraslarına uyğun hərəkət edirlər. Ağızlarından lovğa sözlər çıxır və öz xeyirlərinə görə yaltaqlanırlar. Amma siz, ey sevimlilər, Rəbbimiz İsa Məsihin həvarilərinin əvvəlcədən söylədikləri sözləri xatırlayın. Onlar sizə dedilər: «Axır zamanda öz allahsız ehtiraslarına görə hərəkət edən rişxəndçilər ortaya çıxacaq». Bunlar ayrılıq salan, öz təbiətinə əsir olan, Ruha malik olmayan insanlardır. Siz isə, sevimlilər, özünüzü ən müqəddəs olan imanınızın təməli üzərində inkişaf etdirin və Müqəddəs Ruhun idarəsi ilə dua edin. Rəbbimiz İsa Məsihin əbədi həyata aparan mərhəmətini gözləyərək özünüzü Allah məhəbbətində qoruyun. Şübhə edən adamlara qarşı mərhəmətli olun; başqalarını oddan qaparaq xilas edin; digərlərinə isə mərhəmət edin. Amma qorxu içində cismin ləkələdiyi paltardan belə, çəkinin. Sizi büdrəməkdən qoruyub Öz izzətli hüzuruna böyük sevinclə nöqsansız çıxarmağa qadir olan Xilaskarımız, yeganə Allaha Rəbbimiz İsa Məsih vasitəsilə əzəldən bəri, indi və əbədi olaraq izzət, əzəmət, qüdrət və səlahiyyət olsun! Amin.
YƏHUDA 1
O mənə cavab verdi: «Zerubbabilə Rəbbin sözü budur: “Güclə, qüdrətlə yox, yalnız Mənim Ruhumla iş görəcəksən” Deyir Ordular Rəbbi.
ZƏKƏRİYYƏ 4:6
O bütün insanların xilas olub həqiqəti dərk etməsini istəyir.
1 TİMOTEYƏ 2:4
Müqəddəs Yazı seçmələri Daily Light on the Daily Path-dan (ictimai mülkiyyət).
2 apr 2024
1 John 5:21
1 apr 2024
Galatians 5:22
31 mar 2024
Philippians 4:19
30 mar 2024
Genesis 24:63
29 mar 2024
Matthew 25:34
28 mar 2024
Joshua 1:18
27 mar 2024
Proverbs 11:18

Əbədilik
Yerdəki həyat qısadır və əbədi bir taleyə aparır. Əbədiyyətə necə hazırlaşacağınızı və İsa Məsihi bu gün…
İlahi Qayğı
Allahın öz məqsədlərini irəli sürmək üçün təqdiri daxilində təşkil etdiyi xüsusi görüşlər olan ilahi…
Qərar Qəbuletmə
Düzgün seçimlər etmək üçün Allahın hikməti lazımdır. Yeşuanın nümunəsindən öyrənin və qətiyyətli hərəkət üçün…
Allahın Suverenliyi
Həyatın sınaqlarında Allahın hökmranlığını və lütfünü kəşf edin. Onun varlığını qəbul etməyi, Onu gözləməyi…

Əbədilik
Yerdəki həyat qısadır və əbədi bir taleyə aparır. Əbədiyyətə necə hazırlaşacağınızı və İsa Məsihi bu gün…

İlahi Qayğı
Allahın öz məqsədlərini irəli sürmək üçün təqdiri daxilində təşkil etdiyi xüsusi görüşlər olan ilahi…

Qərar Qəbuletmə
Düzgün seçimlər etmək üçün Allahın hikməti lazımdır. Yeşuanın nümunəsindən öyrənin və qətiyyətli hərəkət üçün…
Məsih
Əhdi-Ətiq peyğəmbərliklərini araşdırın, İbrahimin nəslindən Beytlehemdə doğulmasına qədər Məsihi…
Pasxa
İsa Məsihin fiziki dirilməsi Xristian imanının təməl daşıdır. Onsuz, bütün Xristian təbliğatı, imanı və ümidi…