3 apr 2024
Gündəlik İşıq, 4 aprel: Qorxma! Birinci və Sonuncu Olan
Gündəlik İşıq
Qorxma! Birinci və Sonuncu Olan.
Vəhy 1:17
Siz toxunula bilən, odla yanan bir şeyə, qaranlığa, zülmətə, qasırğaya, Lakin siz Sion dağına ... hamının Hakimi olan Allaha, kamala çatmış salehlərin ruhlarına, Yeni Əhdin Vasitəçisi olan İsaya və Habilin qanından daha üstün söz deyən səpilmiş qana yaxınlaşdınız.
İbrani̇lərə 12:18, 22–24
Gözümüzü imanımızın Banisi və Kamilləşdiricisi olan İsaya dikək.
İbrani̇lərə 12:2
Çünki bizim Baş Kahinimiz belə deyil ki, zəifliklərimizdə bizim halımıza acıya bilməsin. Əksinə, hər cəhətdən bizim kimi sınağa çəkilmiş, lakin günah etməmişdir. Buna görə də lütfkar Allahın taxtına cəsarətlə yaxınlaşaq ki, vaxtında köməyə nail olmaq üçün mərhəmət alıb lütf tapaq.
İbrani̇lərə 4:15–16
Rəbb, İsrailin Padşahı, Satınalanı, Ordular Rəbbi belə deyir: «Mən birinciyəm, Mən sonuncuyam, Məndən başqa Allah yoxdur.
Yeşaya 44:6
Qüdrətli Allah, Əbədi Ata, Sülh Hökmdarı olacaq.
Yeşaya 9:6
Əzəldən bəri var olan Sən deyilsənmi? Ya Rəbb, Allahım.
Habaqquq 1:12
Rəbdən başqa Allah kimdir ki? Allahımızdan başqa qaya kimdir ki?
İki̇nci̇ Şamuel 22:32
Sən məni əlçatmaz bir qayaya apar.
Zəbur 61:2
Heç nəyin qayğısını çəkməyin, amma hər barədə xahişlərinizi Allaha dualarla, yalvarışlarla, şükür edə-edə bildirin. Onda Allahın ağlagəlməz sülhü ürəklərinizi və düşüncələrinizi Məsih İsada qoruyacaq.
Fi̇li̇pi̇li̇lərə 4:6–7
Ruhdan düşəndə hansı yolda olduğumu bildin.
Zəbur 142:3
Amma tutduğum yolu O tanıyır, Məni sınayan zaman qızıl kimi çıxaram.
Əyyub 23:10
Ey Xudavənd, bütün nəsillərdən bəri Bizə pənah yeri olmusan.
Zəbur 90:1
Çünki Sən yoxsula sığınacaq, Sıxıntı içində olan fəqirə pənahgah, Fırtına vaxtı çardaq, İstilik vaxtı kölgəlik oldun.
Yeşaya 25:4
Allahımızdan başqa qaya kimdir ki?
Zəbur 18:31
Onlar heç vaxt həlak olmayacaq və heç kim onları əlimdən qapmayacaq.
Yəhya 10:28
Kəlamınla mənə dayaq ol ki, yaşayım, Ümidim boşa çıxmasın, utanmayım.
Zəbur 119:116
Can lövbərimiz kimi möhkəm və sarsılmaz olan bu ümid məbədin pərdəsinin arxasındakı iç otağa daxil olur.
İbrani̇lərə 6:19
Müqəddəs Yazı seçimləri Gündəlik Yolda Gündəlik İşıqdan (ictimai domen tərtibatı).
Son günlər
Hamısına bax2 apr 2024
1 Yəhya 5:21 · 2 Kori̇nfli̇lərə 6:17–18
1 apr 2024
Qalati̇yalilara 5:22 · Romalilara 14:17
31 mar 2024
Fi̇li̇pi̇li̇lərə 4:19 · Matta 6:33
30 mar 2024
Yaradiliş 24:63 · Zəbur 19:14
29 mar 2024
Matta 25:34 · Luka 12:32
28 mar 2024
Yeşua 1:18 · Zəbur 27:1
